Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şahmar Mövsümov: “Türkiyədə uğurlu torpaq islahatları ilə tanış olaraq Azərbaycana tətbiq etmək istəyirik”

Şahmar Mövsümov: “Türkiyədə uğurlu torpaq islahatları ilə tanış olaraq Azərbaycana tətbiq etmək istəyirik”

02.03.2023 [13:02]

“Türkiyədə  uğurlu torpaq islahatları ilə tanış olaraq Azərbaycana tətbiq etmək istəyirik”.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin Ankara bürosuna açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü Şahmar Mövsümov deyib.

O, bildirib ki, səfərinin əsas məqsədi Türkiyədə aparılan torpaq islahatları ilə tanış olmaq və bu sahədə təcrübəni öyrənməkdir: “Bildiyiniz kimi, işğaldan azad edilmiş torpaqlarımızda  torpaq islahatlarınin aparılmasına dair təkliflərin hazırlanması tapşırığı var. Bu, cənab Prezident tərəfindən təsdiq olunmuş 2022-2026-cü illər üzrə sosial-siyasi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirdir. Həmin tədbirə uyğun olaraq biz müxtəlif ölkələrin təcrübəsini öyrənirik. Qardaş Türkiyədə də bu sahədə uğurlu islahatlar aparılır və biz də sözü gedən islahatlarla tanış olmaq istəyirik”.

Qeyd edək ki, Şahmar Mövsümov rəhbərlik etdiyi nümayəndə heyəti ilə martın 1-dən Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün məzarını və Ankarada Heydər Əliyev parkında Ümummilli Liderin heykəlini ziyarət edib. Mərasimdə Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və səfirliyin digər nümayəndələri də iştirak ediblər. Atatürkün və ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.

Üç günlük səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Vitse- prezidenti Fuat Oktay tərəfindən qəbul ediləcək və heyətlərarası müzakirələr aparılacaq.

Bundan başqa Kənd Təsərrüfatı Torpaqlarının idarə edilməsi mövzusunda çıxışlar və müzakirələr nəzərdə tutulub. Onu da bildirək ki, nümayəndə heyəti Kənd Təsərrüfatı və Kənd İnkişafına Dəstək İnstitutuna baş çəkəcək, institutun təcrübələri ilə maraqlanacaq.

Sevil Hilalqızı Ünal, Ankara

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30