Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / MEDİA: Youtube kanallarına haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

MEDİA: Youtube kanallarına haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

02.03.2023 [12:44]

Martın 1-də Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus yutub platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalıb, onların arxivi silinib.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd edilib.

“Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir”, - deyə MEDİA-nın bəyanatında vurğulanıb.

Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarının yutub kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda, həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır.

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30