Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Süni intellekt: DÜŞMƏN, YOXSA DOST

Süni intellekt: DÜŞMƏN, YOXSA DOST

02.03.2023 [11:39]

Qönçə QULİYEVA

Günü-gündən inkişaf edən texnologiyanın qarşıdakı 15-20 il ərzində də  dünyamızı sürətlə dəyişəcəyi proqnozlaşdırılır. Əvvəllər yalnız fabrik və zavodlarda işi asanlaşdırmaq məqsədilə yaradılmış robot texnikası bu gün süni intellektin formalaşması kimi inqilab etməyi bacarıb. Ağıllı robotlar yalnız elm sahəsində deyil, gündəlik həyatımıza da sirayət edib.

Süni intellekt nədir ?

Süni intellekt tapşırıqları yerinə yetirmək üçün insan intellektini təqlid edən və toplanılan məlumatlar əsasında özünü təkrar təkmilləşdirə bilən sistemlərə və ya maşınlara deyilir.

Süni intellektin funksiyaları yalnız bir neçə əməliyyatı icra etməklə məhdudlaşmır. Çox güclü düşüncə, məlumatların təhlili və analizi qabiliyyətinə malik olan yeni nəsil robotlar hətta bir çoxlarının görə bilmədiyi işləri yerinə yetirə bilir. Bəzən insan zəkasını belə üstələyir.  Məsələn, adi hesablama əməliyyatını insandan daha tez icra edir. İşin maraqlı tərəfi isə əldə olunan nəticənin bir çox hallarda dəqiq, səhvsiz olmasıdır.

Bir çox xüsusiyyətlərinə - funksiyalarına görə insandan heç də fərqlənməyən robotexnikalar gələcəkdə insanı əvəz edə bilərmi?

Bu sual ətrafında araşdırma apardıqda olduqca müxtəlif fikirlər bu fərziyyələrlə rastlaşdıq. Bəziləri bunu mümkünsüz hesab etsə də, digər bir qrup süni intellektin daha təkmil formalarının insanı əvəz edə biləcəyindən narahatdır.

Araşdırmalara görə, 1,5 kiloqramlıq insan beyni saniyədə təxminən 100 trilyon əməliyyat yerinə yetirə bilir ki, bu da dünyanın ən güclü superkompüterindən təxminən, üç dəfə çoxdur. Maşınlar isə bu emal gücünü əldə edə bilmir. Lakin süni intellektə malik olan robotlar kifayət qədər funksionaldır. Sürətlə dəyişən dünyada süni intellekt bizi hər addımda müşayiət edir. Biz bu dəyişiklikləri dayandıra bilmərik, amma müsbət tərəflərindən faydalanmaqla dünyamızı daha da yaxşılaşdıra, işlərimizi isə  asanlaşdıra bilərik.

Düşünək ki, süni intellekt insanın verdiyi tapşırıqları və əmrləri yerinə yetirmir. Onda nə baş verəcək?

Yaxın gələcəkdə süni intellektin super intellektə çevriləcəyinin və bunun gözlənilməz faciələr yaşadacağı kimi proqnozlar da az deyil. İddialara görə, onlar insan əmrlərini həyata keçirməkdən imtina edib, bəşəriyyətlə rəqabət də apara bilərlər.

Tədqiqatçılar iddia edirlər ki,  öz-özünə inkişaf etməyi bacaran süni intellekt növbəti mərhələlərdə idarəolunmaz hala gələcək. Bu isə nəzəri cəhətdən bir çox arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki super intellekt məqsədlərinə çatmaq üçün heç bir sərhəd tanımır.

“Süni intellekt: Müasir bir yanaşma” adlı  tədqiqatda süni intellekt texnologiyası belə müəyyən edilir: İnsan kimi düşünür, yəni, insanın idrak düşüncəsini modelləşdirir. Məntiqi düşünür, yəni, məntiqi fikirləşərək qanunları tətbiq edir. İnsan kimi davranır, yəni, sualları cavablandırır. Rasional hərəkət edir.

Xeyrindən çox ziyanı var

Süni intellektin riskləri haqqında da düşünməyin vaxtıdır. Yüksək süni intellektin formalaşması gələcəkdə işsizlik probleminə də yol aça bilər. Müəssisədə bir neçə şəxsin işini bir robotun gördüyü halda insan əməyinə ehtiyac qalacaqmı? Təbii ki, yox. Bu isə işçilərin ixtisar edilməsinə, hətta bəzi biznes sahələrinin tamamilə məhvinə səbəb olacaq. Mütəxəssis Beppe Grillonun  da dediyi kimi, süni intellekt ənənəvi biznes dünyasını məhv edir.

İkinci məqam isə sırf insan həyatı ilə bağlıdır. Belə ki, inkişaf etmiş “süni intellekt”də insanları sosial həyatdan tamamilə təcrid etmə, düşünməyə, araşdırmaya maneə olma “bacarığı”da var. Bu mənzərə isə bizə heç də yad deyil.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31