Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qərbi Azərbaycan İcması Şarl Mişelə məktub göndərib

Qərbi Azərbaycan İcması Şarl Mişelə məktub göndərib

01.03.2023 [11:49]

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini və Aİ-nin Ermənistandakı missiyasının ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirləri həyata keçirməsini xahiş edib.

Məktubda Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri alqışlanmaqla bərabər, davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan qovulmuş azərbaycanlıların qayıtmalarının zəruri şərt olduğu vurğulanır.

Həmçinin missiyanın mandatının etnik əsasda ayrı-seçkilik olmadan Ermənistanda insan hüquqlarına hörmətin təmin edilməsinə və etimad quruculuğuna dair vəzifələr ehtiva etdiyinə diqqəti çəkən İcma missiyanı Ermənistandan qovulmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.

İcma, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30