Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Metrodakı sıxlıq: “Sahil”də niyə bir eskalator işləyir?

Metrodakı sıxlıq: “Sahil”də niyə bir eskalator işləyir?

07.01.2023 [11:53]

Yeganə BAYRAMOVA

Günün pik saatlarında sıxlıq yaşanan metrostansiyalardan biri də “Sahil”dir. Bu metrostansiyada çıxış üçün iki eskalator olsa da, nədənsə onlardan yalnız biri işləyir. Məlumdur ki, son günlər bütün dünyada koronavirusa yoluxma halı ilə bağlı vəziyyət pisdir. Eyni zamanda ölkəmizdə xəstəliklə bağlı durum da ürəkaçan deyil. Belə olduğu halda ictimai nəqliyyatda sərnişinlərin yoluxma riskini artırmamaq üçün ara məsafəsinə diqqət edilməsi vacibdir. Ancaq qatarlardakı sıxlıq bir yana, çıxış eskalatorlarından ikisi olduğu halda birinin istifadəyə verilməsi müəyyən suallar yaradır. Mövcud durum sərnişinlərin haqlı iradlarına səbəb olur. Qeyd edək ki, eyni problem qoşa eskalator olan bir çox metrostansiyada yaşanır.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, metrostansiyalarda eskalatorların iş rejimi ilə bağlı xüsusi proqram mövcuddur. Onun sözlərinə görə, yalnız pandemiya dövründə yox, ondan əvvəl də eskalatorların iş rejiminə dair xüsusi tənzimləmələr həyata keçirilirdi. B.Məmmədov qeyd edib ki, 2022-ci ilin sentyabr ayının 15-dən etibarən tənzimləmələr əvvəlki, yəni 2019-cu ilə qədərki dövrün tənzimləmələri ilə əvəz olunub:

“Ancaq o zamanlar olduğu kimi, bu il də xüsusi olaraq tapşırılıb ki, eskalatorların fəaliyyəti sərnişin sıxlığından asılı olaraq tənzimlənməlidir. Eskalatorların iş rejimi gün ərzində saatlar yox, dəqiqələr prinsipi ilə ciddi nəzarət altında saxlanılır. Çünki metropolitendə təhlükəsizliyin təminatında əsas rolu oynayan qurğulardan biri məhz eskalatorlardır. Onların işləmə prinsipi isə, əslində çox sadədir. Günün əsas saatlarında eskalatorların ikisi yuxarı, bir eskalator aşağı doğru işləyir, digər bir eskalator isə ehtiyat üçün saxlanılır. Eskalatorlardan biri mütləq qaydada ehtiyat üçün saxlanılmalıdır, bu, istənilən fövqəladə və xüsusi zərurət yaranacaq hallar üçün vacib şərtdir. Hansısa səbəbdən eskalatordan birinin fəaliyyətində problem yaranarsa və ehtiyat eskalator olmazsa, bu, metropolitenin təhlükəsizlik tələblərinə ziddir. Eskalatorlardan birinin ehtiyatda qalması məhz sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin olunması üçündür”.

Qurum rəsmisinin sözlərinə görə, ola bilsin ki, xüsusi nəzarət mexanizmlərinin tətbiq olunması şərti ilə eskalatorların 4-ü də işləyə bilər, ancaq bu durum daimi davam edə bilməz. Eskalatorlardan nə üçün ikisinin üzü yuxarı işlədiyinə gəlincə, B.Məmmədov qeyd edib ki, metropolitenin platforma səviyyəsi sərnişin təhlükəsizliyi baxımından ən vacib sahə hesab olunur: “Çünki qatara minən sərnişin düşdükdə təbii olaraq stansiyanı tərk edir. Bu səbəbdən də həmin platforma səviyyəsinin daimi olaraq ifrat dərəcədə yüklənməsinin qarşısı alınmalıdır. Gün ərzində sıxlıq olan stansiyalarda əsas nəzarət mexanizmlərinin birinci bəndi məhz budur - platforma səviyyəsi ifrat dərəcədə yüklənmədən qorunmalıdır. Ona görə də iki eskalator gur saatlarda üzü yuxarı, bir eskalator üzü aşağı olmaqla hərəkət edir. Yəni iki eskalator üzü aşağı hərəkət edərsə, təbii ki, platforma səviyyəsində qısa müddətdə kifayət qədər sıxlıq yarana və yaxşı nəticələnməyə bilər.

Günün pik saatları olmadıqda, bayram günlərində sərinişinlər də müşahidə edirlər ki, sistemlərə xüsusi nəzarət olunur. Adi iş günlərində xüsusilə dərin özüllü stansiyalarımız üçün əlavə nəzarət mexanizmləri tətbiq olunur. Səhər-axşam pik saatlarda həmin eskalatora yaxın yerlərdə əlavə işçiləri də görmək mümkündür. Sərnişinlərin rahatlığını pozmaq, vətəndaşları narazı salmaqdan söhbət gedə bilməz. Əksinə, istəyirik ki, sərnişinlər Bakı Metropoliteninin fəaliyyətindən daim razı qalsınlar”.

Paylaş:
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30