ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoq arzusundadır
06.01.2023 [10:23]
Rəsmi İrəvan müstəqil şəkildə tərəf ola biləcəkmi?
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri də təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsas da ABŞ-ın diqqətindən yayınmır. Bunu rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması prosesin diqqətlə izlənildiyini deməyə əsas verir.
Yeri gəlmişkən, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. Qeyd edək ki, bundan öncə də Ned Prays mətbuat konfransında məsələylə bağlı fikirlərini bölüşmüşdü və bildirmişdi ki, ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviq edilməsinə sadiqliyini davam etdirir. Onun sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirir. Ned Prays, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərini xatırlatmışdı: “Bildiyiniz kimi, bir neçə dəfə dövlət katibinin özünün Ermənistan və Azərbaycandan olan tərəfdaşlarını, həmkarlarını bir araya gətirmək imkanı olub. Təhlükəsiz sabit, demokratik, firavan və dinc Cənubi Qafqaz regionu ilə bağlı vizyona doğru irəliləmək üçün bizə görə ən yaxşı perspektivlərə malik olan addımları atmağa davam edəcəyik. Biz, əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etməsini istəyirik. Bu məsələnin hərtərəfli həllinin necə olduğunu izah etmək bizə düşməz. Bu, tərəflərin özlərinin görəcəyi çətin bir işdir”, - deyə Ned Prays vurğulamışdı.
ABŞ rəsmisinin “birbaşa dialoq” fikri müəyyən dövrlərdə də aktullıq daşıyıb. Azərbaycan Prezidenti öz çıxışlarında da bu məsələyə toxunub, amma Ermənistan buna adekvat cavab verməyib. Daha doğrusu, müstəqil dövlət olmağı bacarmayan Ermənistanın tutduğu mövqeyinin özündən asılı olmaması buna imkan verməyib. İndiki halda, ABŞ-ın bu aktivliyi danışıqlarda hansısa intensivliyi formalaşdıra bilərmi?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, 2022-ci ildə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına böyük ümidlər vardı. Ümumilikdə münasibətlərin normallaşması, diplomatik, siyasi zəmində öz həllini tapması il boyu əsas müzakirə mövzusu idi: “Əfsuslar olsun ki, ilin sonuna doğru Ermənistan danışıqlar masasından qaçmağı üstünlük verdi. Bununla da rəsmi İrəvan açıq şəkildə danışıqlar prosesini pozdu. Ermənistan diplomatik treki sabotaj etmək, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək yolu ilə getdi və nəticədə sülh müqaviləsi imzalanmadı. Ötən il müşahidə olunan müsbət amil kimi yalnız Ermənistanın Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etməsini vurğulamaq olar. Lakin “Vardanyan planı”nın ortaya atılması ümumi siyasi mənzərəyə mənfi təsir göstərdi. Azərbaycanın sərvətlərinin talanması və Rusiya sülhməramlılarının prosesdə iştirakçı olması rəsmi Bakı üçün qəbuledilən deyildi. Bunun cavabı olaraq Azərbaycanın vətəndaş cəmiyyəti, ekofəallar artıq üçüncü həftədir ki, etiraz aksiyası keçiririlər”.
İ.Hüseynov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında siyasi sahədə münasibətlərin nizamlanması ilə bağlı vasitəçilik missiyası əsasən Rusiya və Aİ-nin iştirakı ilə aparılırdı. Bu isə artıq bir rəqabətə çevrilmişdi. “Danışıqlar bir-birini əvəz edirdi və bəzən hətta məntiqi ardıcıllıqla davam olunurdu. Geniş mənada rəqabətin formalaşması isə həm də qlobal miqyasda - Rusiya - Ukrayna müharibəsi zəminində güclənirdi. Çünki Aİ Rusiya ilə həm də Ukraynada müharibə şəraitindədir. Cənubi Qafqaz isə siyasi sahədə özünə bu müharibənin bir yan tərəfi kimi yer tapıb. Bu mənada ABŞ da öz maraqlarını ortaya qoyur və ötən il rəsmi Vaşinqtonun siyasi sahədə münasibətlərə nüfuz etdiyinin şahidi olduq. ABŞ özünü vasitəçi kimi aparmağa cəhd göstərir və bir sıra hallarda buna nail olurdu. Vaşinqtonda və Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkil olunması buna misal ola bilər. ABŞ təbii ki, regionda baş verən prosesləri diqqətlə izləyir. Son dövrlər Ermənistanın Rusiyanın həll planına müsbət yanaşması ABŞ-ı açıq şəkildə narahat edir və dövlət katibi Blinkenlə Nikol Paşinyan arasında keçirilən telefon danışığı zamanı da bu narahatlıq ifadə olunmuşdu. Eyni zamanda, dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə mütəmadi telefon danışığı aparması, XİN rəhbərləri ilə danışması ABŞ-ın regiondakı maraqlarına xidmət edən bir yanaşmadır. Vaşinqtonun əsas istəyi Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun olmasıdır. Fikrimcə, bu təqdirolunası bir haldır. Amma Ermənistan tərəfi ilə danışıq aparmaqda müəyyən çətinliklər də olacaq. Çünki Ermənistan müstəqil dövlət deyil, Ermənistan müstəqil xarici siyasət yürütmür, Ermənistanın regiona dair müstəqil siyasi baxışı yoxdur. Bu, hər zaman danışıqlar prosesinə təsir edən amil kimi dəyərləndiriləcək. Hətta Ermənistanın rəsmi şəxsləri Azərbaycanla danışıqlarda iştirak etsələr də, kənardan onlara verilən təlimatlar danışıqlar prosesinə təsir göstərəcək. Bu isə nəmli bir məqam kimi qiymətləndirilməlidir”, - deyə politoloq vurğulayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
