“Narkomaniyaya yox deyək!” mövzusunda sərgi keçirilib
06.12.2022 [19:38]
Dekabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının, partiyanın Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda sərgi keçirilib.
Xətai Sənət Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu bildirib. Ölkəmizdə narkomaniyaya qarşı sistemli mübarizə aparıldığını deyən V.Rəhimzadənin fikrincə, bütövlükdə cəmiyyətimiz bu mübarizədə fəal iştirak etməlidir. Onun sözlərinə görə, bu sərginin təşkil olunması narkomaniyanın fəsadlarını xüsusilə gənclərə çatdırmaqdan ibarətdir. Diqqətə çatdırılıb ki, Xətai rayonu ərazisində fəaliyyət göstərən məktəblərin şagirdləri tərəfindən bu mövzuda 100-ə yaxın rəsm əsəri YAP Xətai rayon təşkilatına təqdim olunub. Onlardan 40 rəsm əsəri seçilərək sərgiyə çıxarılıb. V.Rəhimzadə bu tipli tədbirlərin davamlı olaraq keçirilməsinin zəruriliyini vurğulayıb.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə, gənclərin bu kimi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir. Elmli, bilikli gənclərin digər həmyaşıdlarının zərərli vərdişlərdən uzaqlaşmasında oynaya biləcəyi rol danılmazdır. Bu baxımdan, məktəblilərin bu sərgiyə təqdim etdiyi rəsm əsərləri maarifləndirici xarakter daşıyır.
Daha sonra tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış ediblər. Bildirilib ki, narkomaniya insan həyatı, eləcə də bəşəriyyət üçün böyük fəsadlar yaradan ən ağrılı problemlərdən biridir. Qorxunc təhlükə olan narkomaniya heç bir sərhəd tanımır, qlobal xarakter daşıyır. Buna görə də bu bəlaya qarşı mübarizədə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində narkomaniya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” yüksək səviyyədə icra edilir. Dövlət Proqramının icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə bu istiqamətdə dəyirmi masaların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir. Rəsm sərginin keçirilməsi də bu səpkidə olan tədbirlər silsiləsindəndir. Tədbirin əsas məqsədi bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdən ibarətdir.
Qeyd edək ki, tədbirin sonunda rəsm əsərlərinin müəllifi olan məktəblilərə sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
