İranda “əxlaq polisi” ləğv olunur?
06.12.2022 [10:46]
Səlahiyyətlərinin SEPAH-a veriləcəyi ehtimal edilir
Bu barədə ilk rəsmi açıqlamanı İranın Baş Prokuroru Məhəmməd Cəfər Müntəziri verib. “Şarh” nəşrinə açıqlama verən Müntəzirinin sözlərinə görə, “əxlaq polisi” artıq ləğv olunub, lakin məhkəmə sistemi bu sosial problemlə məşğul olmağa xeyli müddət davam edəcək.
Sözügedən qərarın ölkədə sentyabrın ortalarından başlanmış kütləvi iğtişaşların qismən sakitləşdirilməsi məqsədilə verildiyi güman olunur. Hökumətin bu addımı atmasında etirazçıların əsasən qadınlar olması faktı mühüm rol oynayıb. Xatırladaq ki, etirazlar sentyabrın 17-də baş örtüyünü düzgün geyinmədiyi üçün polis idarəsində döyülərək öldürülən 22 yaşlı kürd əsilli iranlı qadın Məhsa Əmininin qətlindən sonra başlanıb.
Qadın polis tərəfindən saxlanılıb, bundan bir müddət keçmiş ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu hadisə əvvəlcə İranın əsasən kürd əhalisinin çoxluq təşkil elədiyi bölgəsində, sonra isə digər bölgələrində, xüsusən də ən böyük şəhərlərində kütləvi etirazlara səbəb olub.
Hərəkatın arealının genişləndiyini, iştirakçıların gündən-günə artdığını görən molla hakimiyyəti ənənəvi zorakı üsullarla aksiyaçıları susdurmağa çalışıb. İranlı hüquq müdafiəçilərinin hələ noyabr ayının 29-da verdiyi məlumata görə, aksiyalar zamanı azı 60 nəfər azyaşlı və 31 nəfəri qadın olmaqla 500-ə yaxın İran vətəndaşı poli? qüvvələri tərəfindən qətlə yetirilib.
Noyabrın əvvəlində isə İran hakimiyyəti nümayişçilərə qarşı mindən artıq cinayət işinin açıldığını bəyan etmişdi. Bu açıqlamadan 10 gün sonra etirazçılar islam inqilabının lideri Ayətullah Xomeyninin ev-muzeyini yandırdılar. Aksiyalarda irəli sürülən əsas tələb molla rejiminin istefasıdır.
Xalqın bu cür inadkarlıqla küçələrə axışıb davamlı şəkildə dirəşməsindən qorxuya düşən İran rejimi “əxlaq polisi” adlanan cəza dəstələrinin ləğv olunduğunu elan edərək geri çəkilir. Hakimiyyətin bu qərarını etirazçılara ilk simvolik güzəşt kimi xarakterizə edə bilərik.
Ancaq rejimi tənqid edən kəsimin fəalları Baş prokurorun bəyanatına şübhə ilə yanaşdıqlarını bildiriblər. Bir çox iranlı hakimiyyətin “əxlaq polisi”nin ləğvi ilə bağlı xəbərlərinə inanmır və bunu adi təbliğat yalanlarından biri kimi qələmə verir. Molla rejiminin xalqın başına açdığı oyunlardan hali olan vətəndaşların böyük əksəriyyəti hesab edir ki, bu, dekabrın 5-dən 7-nə kimi elan edilmiş üç günlük ümummilli tətil və etiraz aksiyaları fonunda qondarılmış sadə hiylədir.
Bununla bağlı fars əsilli Mirsaid adlı bloger öz “Twitter” hesabında yazır:
“Məhkəmənin rəsmi qərarı olmadan biz molla rejiminin növbəti yalanına inana bilmərik. Bu, rejimin növbəti aldadıcı manevri də ola bilər. “Əxlaq polisi” ləğv olunsa da, başqa bir qurumun qadınlarımızın geyim işlərinə təhkim edilməsi də gözləniləndir. Konkret istəyimiz belədir: bizim qızımız, bacımız, həyat yoldaşımız və nəhayət, anamız olan İran qadını hər cür siyasi, dini, mənəvi basqıdan azad olsun, öz həyatı və seçimləri ilə bağlı qərarları özü versin!”
Bu sözləri isə İranda “Etiraz səsi” adlı teleqram kanalının müəllifi yazır:
“Müntəzirinin bəyanatları sadəcə olaraq dekabrın 5-dən 7-dək davam edəcək üç günlük tətil və aksiyalar ərəfəsində xalqın bir hissəsinin, xüsusilə, əhalinin qeyri-fəal kəsiminin diqqətini yayındırmaq və onlara təsir etmək cəhdidir”.
Yunus adlı başqa bir iranlı sosial şəbəkə istifadəçisi yazır:
“İki aydan artıqdır ki, “əxlaq polisi” İran küçələrinə əvvəlki kimi nəzarət etmir. Onlar bu gün küçələrdə görünmürsə, bu, onların birbaşa ləğvi ilə bağlı deyil, demək, həmin qüvvələr başqa libaslarda inqilabı yatırtmaqla məşğuldurlar. Çünki bu cür təcrübəli cəza qruplarına rejimin indi daha çox ehtiyacı var. Hakimiyyətin bu cür yumşalmaya getməsi zahiri görüntülərdən başqa bir şey deyil. Bütün bunlar saxta informasiyalar və dövlət təbliğatıdır. Ölkədə heç nə dəyişməyib”.
İranda belə hesab edirlər ki, “əxlaq polisi”nin ləğvi rəsmən elan olunsa belə bu, islahat istiqamətində çox kiçik addımdır. Çünki İran konstitusiyasında hicabla bağlı təsbit edilən qaydalar hələ dəyişdirilməyib. Bundan əlavə, problem odur ki, ictimai yerlərdə hicab, çadra, burqa və digər dini geyimlərin “düzgün geyinilməsi” qaydalarına təkcə “əxlaq polisi” yox, sıravi polis, bir çox güc strukturları, o cümlədən, SEPAH və “Bəsic” qüvvələri də nəzarət edir.
Xatırladaq ki, İranda “əxlaq polisi” kimi tanınan Təlimatlı Patrul - “Qəşte-Ərşad” 2005-ci ildə prezident Mahmud Əhmədinejadın dövründə yaradılmış İran Daxili İşlər Nazirliyinin xüsusi bölməsidir. Ondan öncə də ölkədə buna bənzər orqanlar fəaliyyət göstərirdi.
“Qəşte-Ərşad”ın əməkdaşları İran vətəndaşlarının və əcnəbilərin ölkə daxilindəki ictimai yerlərdə geyiminə, o cümlədən qadınların hicab taxmalarına nəzarət edirlər. Əgər əxlaq patrulu küçədə “qaydaları pozan” şəxsi saxlayırsa, ən yüngül halda ondan “geyimini düzəltməsi” tələb olunur. Əksər hallarda isə vətəndaşlar polis bölməsinə aparılaraq orada cəzalandırılırlar. Baş örtüyü qadağasına riayət etməyən qadınlara ciddi xəbərdarlıq olunmaqla cərimə və ya bir neçə günlük həbs cəzası kəsilir. Hicab yarımçıq və ya tam örtülmədiyi təqdirdə, yaxud şəffaf parçadan olarsa, əxlaq patrulunun həmin vətəndaşı saxlayaraq müvafiq cəza tədbiri görmək hüququ var.
İranın “əxlaq polisi”ni ləğv etməsi ilə bağlı yayılan informasiya hazırda Avropa mediasında ən çox müzakirə olunan xəbərlərdəndir. Nüfuzlu dərgilərin bir çoxunda yer almış məlumatlara görə, əxlaq patrulunu ləğv edən molla rejimi həmin qurumun səlahiyyətlərini SEPAH-a ötürməyi planlaşdırır. Bu da geyim qadağasını pozan vətəndaşların daha sərt üsullarla cəzalandırılması təhlükəsini artırır.
Murad KÖHNƏQALA
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
