Zəfər paradı – Tarixi qələbəmizin rəmzidir
05.12.2022 [20:42]
2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad ölkəmizin 44 günlük Vətən Müharibəsindəki tarixi qələbənin qeyd olunması demək idi .
Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb.
İki il öncə, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisə olmaqla 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj oldu. Bu o deməkdir ki, Azərbaycan tək deyil və heç vaxt tək olmayacaq .Qardaş Türkiyə dövləti həmişə Azərbaycanın yanında olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı “Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq.”
O gün yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi idi. Bu zəfər xalqın qürur mənbəyinə çevrildi, çünki həm də ölkədəki bütün siyasi qüvvələri birləşdirdi. Zəfərlə bağlı siyasi partiya rəhbərlərinin imzaladığı birgə bəyanatda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrinin sitat gətirilməsi də bir daha təsdiqlədi ki, ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi möhkəmdir. Bu da Azərbaycanın ədalətli mövqe tutmasını təsdiqləyən faktorlardandır.
Zəfər paradınadək isə xalqımızın və ordumuzun bu qələbəyə inamlı olmasının şahidinə çevrildik. Ona görə deyə bilərik ki, döyüşlər gedən 44 günün hər anı şanlı tarixdir. Hər gün Rəşadətli Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, strateji əhəmiyyətli yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu: “İşğala son qoyulsun - tarixi ədalət zəfər çalsın!”
Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli, eyni zamanda ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə idi. Azərbaycan hər zaman humanistlik nümayiş etdirib. Belə ki, Azəbaycan həmişə sülh danışıqlarına sadiq qalmağa çalışmışdır. Lakin qarşı tərəf olan təcavüzkar Ermənistan Azərbaycanı bu məsələdə hərbi yola əl atmağa vadar etdi və nəticə göz qabağındadır.
10 noyabrda Ermənistan müharibənin başa çatması ilə bağlı kapitulyasiya aktına imza atdı. 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanmaqla Ermənistanı məğlub edərək işğala son qoydu. Beləliklə, Azərbaycan müharibəni döyüş meydanı ilə yanaşı, siyasi arenada da uddu və 44 günlük Vətən müharibəsində istəyinə nail oldu.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Mart 23:40

Xəbər lenti
29 Mart 21:09

Xəbər lenti
29 Mart 19:36

YAP xəbərləri
29 Mart 17:40

Xəbər lenti
29 Mart 16:42

Formula 1
29 Mart 16:35

Xəbər lenti
29 Mart 16:33

Xəbər lenti
29 Mart 16:30

Gündəm
29 Mart 16:23

Xəbər lenti
29 Mart 16:11

Xəbər lenti
29 Mart 16:08

Xəbər lenti
29 Mart 15:29

Xəbər lenti
29 Mart 15:20

Xəbər lenti
29 Mart 14:45

Xəbər lenti
29 Mart 14:16

İqtisadiyyat
29 Mart 14:01

Xəbər lenti
29 Mart 13:46

Xəbər lenti
29 Mart 13:31

Xəbər lenti
29 Mart 13:26

YAP xəbərləri
29 Mart 13:09

Xəbər lenti
29 Mart 13:07

Xəbər lenti
29 Mart 12:51

Xəbər lenti
29 Mart 12:22

Xəbər lenti
29 Mart 12:08

Xəbər lenti
29 Mart 12:03

Xəbər lenti
29 Mart 11:57

Xəbər lenti
29 Mart 11:52

Xəbər lenti
29 Mart 11:46

Xəbər lenti
29 Mart 11:38

Xəbər lenti
29 Mart 11:18

Xəbər lenti
29 Mart 11:14

Maraqlı
29 Mart 11:12

Sosial
29 Mart 11:10

Xəbər lenti
29 Mart 11:06

Xəbər lenti
29 Mart 10:59

Siyasət
29 Mart 10:51

Xəbər lenti
29 Mart 10:45

MEDİA
29 Mart 10:34

Xəbər lenti
29 Mart 10:29

Siyasət
29 Mart 10:26

Siyasət
29 Mart 10:23

Siyasət
29 Mart 10:21

Gündəm
29 Mart 10:13

Xəbər lenti
29 Mart 09:26

Xəbər lenti
29 Mart 09:25

Xəbər lenti
28 Mart 23:15

Xəbər lenti
28 Mart 23:09

Xəbər lenti
28 Mart 22:54

Xəbər lenti
28 Mart 22:37

Xəbər lenti
28 Mart 20:30

İdman
28 Mart 19:33

Xəbər lenti
28 Mart 19:25

Xəbər lenti
28 Mart 19:14

Xəbər lenti
28 Mart 18:00

Xəbər lenti
28 Mart 17:28

Xəbər lenti
28 Mart 16:48

Yeni texnologiyalar
28 Mart 16:28

Xəbər lenti
28 Mart 16:18

Xəbər lenti
28 Mart 15:58

Xəbər lenti
28 Mart 15:33

Xəbər lenti
28 Mart 15:01

İqtisadiyyat
28 Mart 14:54

Siyasət
28 Mart 14:53

Xəbər lenti
28 Mart 14:51

Xəbər lenti
28 Mart 14:49

Siyasət
28 Mart 14:48

Gündəm
28 Mart 14:46

Xəbər lenti
28 Mart 14:44

Gündəm
28 Mart 14:43

Xəbər lenti
28 Mart 13:40
