Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

05.12.2022 [10:37]

2023-cü ildə keçiriləcək Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, yarışın təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunması planlaşdırılır.

Proqrama seçilmək istəyən 16 yaşdan yuxarı namizədlərin xarici dil biliyi arzu olunandır. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir şəxs insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Könüllü olmaq istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran Prisi 28 - 30 apreldə gerçəkləşəcək.

Paylaş:
Baxılıb: 413 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31