Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın etibarlı tərəfdaş mövqeyi daha da güclənəcəkdir

Azərbaycanın etibarlı tərəfdaş mövqeyi daha da güclənəcəkdir

29.11.2022 [11:16]

Deyə bilərik ki,  əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri, o cümlədən Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Orta Dəhliz  yaxud  başqa adla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrut yaxın 3-5 ilə ən maneəsiz və operativ dəhlizlərdən biri olacaq.   

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib.  Adından göründüyü kimi bu dəhlizin əsas hissəsini Xəzər təşkil edir ki, bu da Azərbaycanın geostrateji əhəmiyyətini artırır.

Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Orta dəhliz – Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.

Belə bir vəziyyətdə Azərbaycan layihənin əsas iştirakçılarından biri kimi çox mühüm əhəmiyyətə malik ölkələrdən birinə çevrilmişdir. Bu da ölkə siyasətinin düzgün qurulması, dövlət başçımızın manevr etməklə, uğurlu diplomatik gedişlərə malik olması ilə birbaşa əlaqədardır.

Prezident İlham Əliyevin 25 noyabr tarixində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda dərin məzmunlu  çıxışı bunu deməyə əsas verir. Bir çox məsələlərə toxunan ənab Prezident qeyd etmişdir ki, “Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq”.

Təəssüf ki, bu cür mühüm layihənin rellaşmasında, daha doğrusu genişlənməsində əngəllər də yox deyildir. Bu əngəllərin yaranmasının bilavasitə günahkarı Ermənistandırsa, digər tərəfdə Avropanın enerji təhlükəsizlindən ağızdolusu danışan Fransa rəhbərliyidir. Onların erməni sevgisi əslində Avropaya ziyan vurur. Təbiidir ki, indiki şəraitdə bu prosesin qarşısını almaq mümkün olmayacaqdır. Hadisələrin gedişi göstərir ki, hətta bu layihədə Rusiyanın da ciddi marağı vardır. Cənab Prezidentin çıxışındakı diqqət çəkən məqamlardan biri də bu olmuşdur: “Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir”.

Azərbaycan öz Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətlə öz yoluna davam etməkdədir. Bütün maneələr aşılacaq və ölkəmiz regionda və dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi mövqeyni  daha da genişləndirəcəkdir.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 300 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31