Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İran yürütdüyü yanlış siyasətin ifşa edilməsindən təşvişə düşüb

İran yürütdüyü yanlış siyasətin ifşa edilməsindən təşvişə düşüb

23.11.2022 [15:46]

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri

Əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan İran ilə müstəqil Azərbaycanı mədəni və mənəvi dəyərlər bağlayır. Ölkəmiz İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb, bu dövlətə daim səmimi dost, mehriban qonşu münasibəti bəsləyib. Hətta müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyev Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırıb.

Təssüflər olsun ki, Azərbaycanın bu xoş məramını layiqincə dəyərləndirə bilməyən İran molla rejimi beynəlxalq aləmdə söz sahibinə çevrilən müstəqil ölkəmizin ünvanına ittihamlarla çıxış edərək ermənipərəst mövqe sərgiləyir, minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan işğalçı Ermənistana siyasi dəstək verir, Qafanda konsulluq açır, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönələn hörmətsizlik nümayiş etdirir. Riyakar siyasətini "müsəlman təssübkeşliyi", "din və məzhəb qardaşlığı" pərdəsi ilə gizlədə bilməyən İranın molla rejiminin işğalçı Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyi xalqımızda daha çox ikrah hissi oyadır. Xoşagəlməz haldır ki, İranın din xadimləri Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe sərgiləyirlər. Dünyanın dörd bir tərəfindən sıxışdırılan İran nifrətini, qəzəbini Azərbaycanın üzərinə tökür. Əslində molla rejimi 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın Qarabağda dünyanı heyrətə salan qələbələrini həzm edə bilmir.

Artıq dünya İranın ədalətsizliyin, haqsızlığın məkanına çevrildiyini görür. Bu ölkə dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir.

Yürütdüyü yanlış siyasətin ifşa edilməsindən təşvişə düşən İran molla rejimi öz səhvlərindən diqqəti yayındırmaq üçün qonşuları ilə münasibətləri gərginləşdirir, ölkə daxilində baş verən ixtişaşların, siyasi gərginliyin, ağır sosial-iqtisadi problemlərin səbəbini kənarda axtarır. Əsəbi davranışları açıq-aşkar müşahidə olunan İran molla rejimi hələ də ölkədə insanların sosial-siyasi azadlıq üçün mübarizə apardıqlarını görməzdən gəlir. İstər öz vətəndaşlarına, istərsə də qonşu dövlətlərə qarşı riyakarlıqları ifşa edildikcə molla rejimi daha böyük səhflərə addım atır.

Terrorizmə, işğalçılığa, revanşist meyillərə dəstək verən, Ermənistana himayədarlıq edən İranın molla rejimi Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrimizin erməni vandalları tərəfindən dağıdılmasına, məscidlərimizin təhqir edilməsinə, xalqımızın ermənilər tərəfindən qanlı soyqırımı cinayətlərinə məruz qalmasınə reaksiya vermədi. Bu dövlət bölgədə sülhün, təhlükəsizliyin və dostluğun bərqərar olmasına addımlar atmaq əvəzinə müxtəlif təxribatlara əl atır, hər vəchlə ermənipəsrəst mövqe nümayiş etdirir. İşğalçı Ermənistana hər cür maddi və mənəvi dəstəyini ifadə edən İranın molla rejimi Zəngəzur dəhlizi, sərhədlərin demarkasiya və delimitasiyası prosesində əsl mahiyyətini, öz iç üzünü tam ortaya qoydu.

İrana da aydındır ki, artıq Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək gücündədir. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları və beynəlxalq qurumların rəhbərləri Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşır və onun fikirlərini yüksək qiymətləndirirlər.

Görünən odur ki, İranda “son baharı”nı yaşayan molla rejimini artıq nə qonşuları hədələmək, nə də ermənipərəst mövqeyi xilas edə bilər.

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30