Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türk dünyasının birliyi Azərbaycanın əsas çağırışlarındandır

Türk dünyasının birliyi Azərbaycanın əsas çağırışlarındandır

21.11.2022 [16:32]

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritetdir. Dövlətimizin başçısı İlham Əliyevin təkcə cari ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, eyni zamanda, həmin ölkələrin prezidentlərinin Azərbaycana səfərlərinin say tərkibinə, səfərlərin məqsəd və məramına, keçirilən görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirmək kifayətdir. Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər etdiyini xatırladan dövlət başçısı İlham Əliyev bildirdi ki, aprel ayında Özbəkistanda dövlət səfərində olub, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak edib. Bu gün isə yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnundur. Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanı olub: “Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm. Səfərlər zamanı Prezident Şavkat Mirziyoyev ilə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.”

Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Fəxri qonaq qismində iştirak etmişdi. Bu dəvət qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, prezidentlərin şəxsi münasibətlərinə, bir-birinə etimadlarına işıq saldı. Hər səfər zamanı keçirilən görüşlər, müzakirə edilən aktual məsələlər münasibətlərdə yeni mərhələnin əsasını təşkil edir.  Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Hər iki görüşdə Azərbaycanın tarixi Zəfərinin ikinci ildönümünün qeyd edilməsi böyük qürur hissi ilə qeyd edilərək   Prezident İlham Əliyevə təbriklər çatdırıldı.

Reallıq budur ki, tarixi Zəfərimiz türk dünyasının birliyində əhəmiyyətli rol oynayır. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Azərbaycanın döyünən ürəyi Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”,  Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı”, eyni zamanda,  Türkiyənin Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də bu birliyin sıx tellərlə bağlılığını təsdiqləyən addımlar sırasındandır. Keçirilən görüşlərdə bu reallıq önə çəkilir ki,  Azərbaycan Türk dünyası üçün başlanan möhtəşəm gələcəyin əsas müəlliflərindəndir.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28