Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib etdi

Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib etdi

17.11.2022 [16:30]

Gülər Kərimova

​​YAP Şabran rayon təşkilatının məsləhətçisi

Azərbaycan tarixi Zəfərinin ikinci ildönümünü arxada qoydu. Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Şuşada təşkil olunan tədbirdə iştirak edən dövlət başçısı İlham Əliyev hərbçilər qarşısında çıxışında bir daha keçilən yola nəzər salaraq Qələbəni şərtləndirən amilləri diqqətə çatdırdı.  Ordumuzun güclənməsi üçün iqtisadi inkişafın vacibliyindən, Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində Azərbaycanın atdığı addımlardan, gənclərdə vətənpərvərlik   hissinin aşılanmasından geniş bəhs edən Prezident İlham Əliyev qeyd etdi ki, əlbəttə, müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik: “Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır.”

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Bu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayaraq həm iştirakçı, həm də dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını təmin etdi. Azərbaycanın maliyyə imkanları artdı. Ölkəmiz ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdi. “Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. Halbuki ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik” söyləyən Müzəffər Ali Baş Komandan bildirdi ki, ilk növbədə, orduya, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verildi.

Azərbaycan yenə də hərbi xərclərini artırır. Gələn ilin dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait rekord həddə çatıb. Dövlət başçısı İlham Əliyev özlüyündə yaranan bu sualı cavablandırdı: Nə üçün? Müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb.

Son iki ildə Silahlı Qüvvələrimiz daha da güclənib. “Dəmir yumruğ”un davamı olaraq “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bunun təsdiqidir. Dövlət başçısı İlham Əliyev Şuşadan bir daha bu bəyanatı səsləndirdi ki, biz sülh istəyirik, biz müharibə istəmirik: “Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.”


 

Paylaş:
Baxılıb: 413 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30