Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İran artıq öz riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” adı altında gizlədə bilmir

İran artıq öz riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” adı altında gizlədə bilmir

17.11.2022 [11:36]

Son zamanlar baş verən hadisələrin fonunda İran ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. Bu mənada İranın aqresiv davranışları xüsusi diqqət çəkir. Aqresiv davranışlarını həm etiraz edən xalq kütləsinə, həm də Azərbaycan üzərində göstərməyə çalışan İranın xarici siyasətində ölkəmizə qarşı kin-kidurətə bələnmiş hirs, əsəb və acıq müşahidə olunur. Amma son vaxtlar bunun daha da artması heç kimə sirr deyil.  İran artıq öz riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” adı altında gizlədə bilmir. 

Özünü İslam dini adı altında təbliğ edən İranın ölkəmizin əleyhinə olan addımları səngimək bilmir. Bütün mənəvi-əxlaqi, tarixi dəyərləri tapdalayan molla rejimi dörd bir tərəfdən sıxışdırıldıqca, özünü qorumaq üçün nifrətini, qəzəbini Azərbaycanın üzərinə tökür. İran xarici siyasətindəki uğursuzluqların, daxildəki böhranların da günahını Azərbaycanda axtarır. Hətta İranın yerli mediası Azərbaycan əleyhinə təbliğatı daha da artıraraq, ölkə daxilindəki etiraz dalğalarını uydurma ssenarilərlə Azərbaycanla əlaqələndirirlər. Görünən odur ki, İran Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırmağa çalışır. Araz çayının kənarına ordu yığmaq və hərbi təlimlər keçmək ölkəmizə qarşı açıq təhdiddir. Lakin İranın ölkə daxilindəki böhrandan diqqəti yayındırmaq üçün Azərbaycanı düşmən elan etməsi cəhdi əbəsdir. Bizim hər cür təxribata və hücuma cavab verəcək güc və qüdrətimiz var. İran açıq təhdidə keçirsə, ona uyğun da münasibət görəcək.

İranın bir çox şəhərlərinə yayılan və 100-dən çox insanın ölümünə səbəb olan etirazlar sübut edir ki, xalq molla rejimi dəstəkləmir. Etiraz aksiyalarında qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar. Bu ümumilikdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə İran cəmiyyətinin mövcud hakimiyyətə və onun tətbiq etdiyi qaydalara etirazıdır. İran rejimi düşüncə baxımdan xalqla ayaqlaşa bilmir. Bu da etirazlara səbəb olur. İran hakimiyyəti yaxşı başa düşür ki, onlar böyük dəyişikliklərin astanasındadırlar. Bu qaçılmazdır.

İslam dinindən siyasi ideologiya kimi istifadə edən İran Zəngəzur dəhlizinin yaranmasında da ən böyük müqavimət göstərən tərəfdir. Bu ölkə ülvi dini hisləri istismar etməklə öz maraqlarını həyata keçirməyə, başqa ölkələrin daxili işlərinə qarışmağa çalışır. Ədalətsizliyin, haqsızlığın məkanına çevrilən İranın Ermənistana pənah gətirməsi də, onun əsl iç üzünü ortaya qoyur. 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra İranın Azərbaycana qarşı təxribatları və təhdidləri artmışdı. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı aqresiv münasibət nümayiş etdirmişdir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur.

İran dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir. Milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyəti ilə açıq şəkildə ölkəmizin daxili işlərinə qarışır və ölkə daxilindəki sabitliyi pozmaq üçün din pərdəsi altında yaratdığı təxribatçı və casus qruplarını aktivləşdirir. Onlar Azərbaycanda İrana oxşar rejimin qurulmasını arzulayırlar.  Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatlar da bunu bir daha təsdiq edir. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Azərbaycana qarşı yönəlmiş bu təxribatlar xalqımızda ikrah hissi oyadır. 

Dünya multikulturalizmin ünvanlarından biri olan Azərbaycandan fərqli olaraq İran hər zaman fərqli ölkələr üçün dini zəmində təhdid yaradıb. Bundan əvvəl də İranla Azərbaycan arasında zaman-zaman gərginliklər olub. Lakin biz bu məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşaraq, əməkdaşlığı genişləndirməkdə maraqlı tərəf olmuşuq. Çünki İranın əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarətdir. İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib. İran yaxşı olar ki, ölkə daxilindəki böhranların səbəblərini düzgün təhlil etsin və yoluna qoysun.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30