Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlət Statistika Komitəsinin sədri ilə Koreya Statistika Komitəsinin nümayəndələri arasında görüş keçirilib

Dövlət Statistika Komitəsinin sədri ilə Koreya Statistika Komitəsinin nümayəndələri arasında görüş keçirilib

16.11.2022 [15:59]

Noyabrın 16-da Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Koreya Statistika Komitəsinin (KOSTAT) nümayəndələri ilə görüşüb.

DSK-dan bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər, o cümlədən Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən növbəti “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində 2022-ci ildə görülən işlər haqqında danışılıb, “İnzibati Məlumatların İdarə Olunması Sistemi – ADIS” informasiya sisteminin hazırlanaraq istifadəyə verilməsinin mühüm əhəmiyyəti vurğulanıb, gələcəkdə iki tərəf arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Rəsmi statistika sahəsində son illər Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Komitə sədri Tahir Budaqov qeyd edib ki, statistik məlumatların istehsalı prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqində daha üstün təcrübəyə malik Koreya Statistika Komitəsi ilə əməkdaşlıq Dövlət Statistika Komitəsi üçün yeni imkanlar yaradıb. Eyni zamanda KOSTAT-ın Planlaşdırma və əlaqələndirmə üzrə baş direktoru Hyangvoo Jeong Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-ci ildən qurulmuş ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, ötən dövrdə həyata keçirilmiş layihələrin vaxtında və keyfiyyətlə icra olunmasından məmnunluğunu ifadə edib, yeni layihə təklifləri haqqında fikirlərini bildirib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30