Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlətçilyimizin ən müqəddəs simvolu- üç rəngli Bayrağımız

Dövlətçilyimizin ən müqəddəs simvolu- üç rəngli Bayrağımız

11.11.2022 [11:11]

Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” müvafiq sərəncamı bu müqəddəs gün rəsmiləşdirilmişdir.

Sovet dövründə zirzəmilərdə gizli saxlanan üç rəngli bayrağımız müstəqilliyimizi bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün diyarlarında ümum milli simvolumuza çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsini və milli mənəvi dəyərlərimizi tərənnüm edir.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul  edilsədə ilk bayrağımız hələ 1918-ci ilin 21 iyununda qəbul edilmiş Qardaş Osmanlı dövləti ilə eynilik təsvir etməsi səbəbi ilə  sonradan hazırkı üç rəngli bayrağımızla əvəzlənib və 1920-ci ilin aprel ayınadək dövlət atributi kimi rəsmi şəkildə qəbul edilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də bundan ilhamlanan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib və istifadə qaydaları geniş kütlə arasında təbliğ edilib.

Dövlət bayrağı respublikamızın daima dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın milli qürur və fəxr yeridir. Hər birimiz Bayrağımız daima ucalara qaldırmaq və ucalarda görmək istəyirik. Bu gün ən uca zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir".

Abbas Pənahov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31