Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Enerjiyə qənaət edərək ətraf mühiti yaxşılaşdıraq

Enerjiyə qənaət edərək ətraf mühiti yaxşılaşdıraq

11.11.2022 [10:47]

Bu gün Beynəlxalq Enerjiyə Qənaət Günüdür

Səidə RƏHİMLİ

Enerji qənaəti dünyanın hər yerində ətraf mühitin yaxşılaşdırılması üçün çox vacibdir. Enerjiyə qənaət etməklə:

* ətraf mühitin çirklənməsinin qarşısını ala bilərik;

* istilik və elektrik enerjisi üçün daimi olaraq yandırılan təbii resurslara qənaət edə bilərik;

* pula qənaət edə bilərik, çünki biz enerjiyə çox pul ödəyirik;

* təbii ehtiyatları qoruya bilərik və s.

Beynəlxalq ekoloji şəbəkə olan

SPARE bütün bunların vacibliyini nəzərə alaraq  “Bəşəriyyətin enerji xidmətlərinə (istilik, işıqlandırma, yemək bişirmək, nəqliyyat və s.) tələbatını əlavə zərər olmadan və ətraf mühiti çirkləndirmədən ödəmək mümkündürmü?” sualına cavab axtarır. 2008-ci ilin aprel ayında 11 noyabr tarixi SPARE ekoloji şəbəkənin təşəbbüsü ilə Beynəlxalq Enerjiyə Qənaət Günü olaraq elan edildi. Bu günün qeyd olunmasında məqsəd enerjiyə qənaətin vacibliyinə diqqəti cəlb etmək, bu barədə məlumatlılığı artırmaqdır.

Hər il 11 noyabr tarixində bir çox ölkələrdə Beynəlxalq Enerjiyə Qənaət Günü münasibətilə məlumat kampaniyaları, sərgilər, enerjiyə qənaət texnologiyaları üzrə seminarlar və s. müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə enerjiyə qənaətə və ekoloji səmərəliliyə diqqət yetirilir.

Enerjiyə qənaətin əsas vəzifələri bərpa olunmayan resursların tükənməsinin qarşısını almaq və qalıq yanacaqların ətraf mühitə təsirini azaltmaqdır. Bərpa olunan enerji texnologiyalarının (külək enerjisi, su enerjisi, günəş enerjisi və s.) tətbiqi hər iki vəzifəni həll etməyə kömək edir, çünki bərpa olunan enerji mənbələri asanlıqla doldurulur və onların əksəriyyəti karbon neytraldır.

Gəlin, enerjidən daha səmərəli istifadə etməyə çalışaq:

* Enerjiyə qənaət edən lampalardan istifadə edək;

* İşığı, qazı lazımsız yerə açıq qoymayaq;

* İşimiz bitdikdən sonra elektrik naqillərini şəbəkədə saxlamayaq;

* Şəxsi nəqliyyat vasitələri yerinə ictimai nəqliyyatlardan istifadəyə üstünlük verək və s.

Bəs siz bu siyahıya nələri əlavə edərdiniz? Gündəlik həyatınızda enerji qənaətinə diqqət yetirirsiniz?

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30