YAP zamanın, ictimai-siyasi şəraitin zəruri tələbi idi
02.11.2022 [11:07]
Müstəqilliyimizin ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi proseslər, xarici qüvvələrin təzyiqi və daxildəki hakimiyyət çəkişmələri Azərbaycan dövlətini parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir gərgin vəziyyətdə mövcud şəraiti düzgün qiymətləndirən bir qrup Azərbaycan ziyalısı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevə müraciət etdi. 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi.
Yarandığı ilk gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycan üçün müstəsna əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu partiya bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və həmin ağır dövrdə ölkəmizin qarşısında duran taleyükül məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.
Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və formalaşmış olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP dövlətçilik tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in son dərəcə cəsarətli addımları nəticəsində həmin dövrdə ölkəmizin üzləşdiyi dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycan xalqının iradəsinə və maraqlarına, milli mənafelərimizin aliliyi prinsipinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xətti, onun ideyaları Yeni Azərbaycan Partiyasının sonrakı illərdə də fəaliyyət proqramının əsasında durdu. Məhz bu siyasətə sadiqlik, cəmiyyətimizdə bu gün yaşanan həmrəyliyin formalaşmasını təmin etdi.
Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişinə və cəmiyyətin aparıcı qüvvəsinə, əsl iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu məqam ölkəmizin inkişaf yoluna qədəm qoymasına imkan verdi.
Yarandığı vaxtdan dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı kimi çıxış edən Yeni Azərbaycan Partiyası xalqın rifahının inkişafına xidmət edən ən mütərəqqi siyasi təşkilat kimi qısa müddət ərzində geniş xalq kütləsinin dəstəyini qazandı. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri
YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Odur ki, demokratik prinsiplər və ideyalara sadiq qalan partiya daim həmrəylik və əhalinin sosial mənafeyindən çıxış edərək ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə ləyaqətlə davam etdirilib və nəticə olaraq YAP regionun ən böyük siyasi partiyasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər isə Azərbaycan xalqının, eyni zamanda, iqtidar Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu.
Ölkəmizin öz ərazi bütövlüyünün bərpasından sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Artıq qeyd etdiyimiz kimi, YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. Partiyamızın VII qurultayını əlamətdar edən mühüm faktorlardan biri də əlbəttə ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Həmin tarixi gündən sonra keçmiş dövr ərzində gedən proseslərin təhlili də göstərir ki,
YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi cənab Prezident İlham
Əliyevin islahatlar siyasətinin davamlı olduğunu bir daha təsdiqlədi. Qurultayda qəbul olunmuş tarixi qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işləkliyini, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını təsdiq etdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Partiyada birinci müavin postunun təsis olunmasını və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsi idarəetmə prosesinin daha təkmil formada həyata keçirilməsinə yol açmış oldu. Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Mehriban xanım Əliyeva təmsil olunduğu bütün vəzifələrdə hər zaman milli maraqları üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına yönəlik mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Partiyanın fəaliyyətinə müsbət təsir etmiş digər önəmli dəyişikliklər kimi qurultaydan sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavininin seçilməsini, Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələrinin hazırlanaraq təsdiq edilməsini qeyd etmək lazımdır. Bundan başqa, qurultaydan sonra keçirilmiş Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın əks yerli təşkilatına yeni sədrlər vəzifəyə təyin edilmişlər.
YAP-ın VII qurultayında qeydə alınmış ən önəmli məqamlardan biri də bu oldu ki, partiyamızın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini verdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən Proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiya Sədri cənab İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Qeyd etmək lazımdır ki, partiyamızın 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş Proqramın müəllifi də YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyev olub. Həmin proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olmuşdur. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edildi. Yeni proqram isə, əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. 5 fəsildən ibarət olan Proqramda Azərbaycanın qarşısında dayanan yeni hədəflər əksini tapıb.
Ötən bir il ərzində Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək bu sahədə də ölkənin xarici siyasətinin həyata keçirilməsinə mühüm töhfələr vermişdir. O cümlədən, iqtidar Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ötən ilin iyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu ilə iki qardaş ölkənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. YAP-ın, həmçinin Çin, Rusiya, Ukrayna, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Partiyamız Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və eyni zamanda da 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin dialoq siyasəti də YAP-ın fəaliyyətində öz inkişafını tapır. Son bir il əlrzində Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz dəyərli töhfələrini verib və bu proses indi də davam edir.
Bu gün ölkəmizdə davamlı olaraq müşahidə olunan dinamik inkişaf, sürətlə dəyişən reallıqlar və müəyyən olunan yeni obyektiv amillər Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların effektivliyini vurğulayır və bu islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Hazırda Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələrdən biri də partiyalar arası siyasi dialoqu stimullaşdırmaqdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi və siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malik olacaqdır.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı rolunun əhəmiyyəti getdikcə artır. Əminliklə demək olar ki, tarixi Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız parlaq gələcəyə doğru daha inamla irəliləyəcək və Azərbaycan xalqının rifahı, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə yeni-yeni uğurlara imza atacaq.
Kamaləddin QAFAROV,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
