Həmişə ZİRVƏlərdə
02.11.2022 [10:12]
İlham Əliyev Ərəb Dövlətləri Liqasının FƏXRİ QONAĞIDIR
Mübariz FEYİZLİ
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairə səfərə gəlib. Dövlət başçımızın bu səfəri Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti əsasında baş tutub. Prezident İlham Əliyevə dəvət Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün göndərilib.
Bundan əvvəl isə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına qatılılmışdı. Yenə də fəxri qonaq qismində.
Məkanlar, zirvə görüşləri fərqli olsa da...
ƏDL-in fəaliyyəti 11 may 1945 -ci il tarixində qüvvəyə minmiş Nizamnaməyə əsasən həyata keçirilir. Liqanın ən yüksək idarəedici orqanı ƏDL Şurasıdır. Şuranın iclası ildə iki dəfə üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində keçirilir. Təşkilatın Baş Katibi Şura tərəfindən 5 il müddətinə seçilir.
Tərkibində 21 dövləti birləşdirən
ƏDL-in Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, İraq, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiyada Nümayəndəlikləri və informasiya büroları fəaliyyət göstərir. Bütövlükdə, Liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma Memorandumları əsasında əməkdaşlıq edir. Dövlətlər arasında münasibətlərin könüllülüyü, suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, dövlətlərin bərabərliyi, münaqişələrin həll edilməsi üçün güc tətbiq edilməsinə qadağa ƏDL-nın fəaliyyətinin əsasında dayanan prinsiplərdir.
“Avropa siyasi birliyi” Aİ məkanının ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirib. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.
Biz tamam fərqli məkanlarda keçirilən iki zirvə toplantısından bəhs edirik. Ümumiləşdirici cəhət isə ondan ibarətdir ki, məkanlar və zirvə görüşləri fərqli olsa da, hər iki məkana və hər iki tədbirə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi dəvət alıb. Azərbaycanın üzvü olmadığı beynəlxalq təşkilatların zirvə görüşlərinə dövlətimizin başçısının xüsusi qonaq statusunda dəvət alması ölkəmizə və onun Liderinə olan hörmətin, ehtiramın ifadəsidir.
Milli səviyyədə əvəzolunmaz Lider
Hər zaman, hər yerdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, ölkəmizi inamla inkişaf etdirən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul edilir. Aparılan çoxsaylı sosioloji sorğuların nəticələri təsdiqləyir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti Ona inanaraq yüksək etimad göstərir. Müxtəlif ölkələrin timsalında daim şahidi oluruq: Liderlər vədlər verərək hakimiyyətə gəlirlər. Lakin çox keçmir ki, verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Hakimiyyət olimpinə yüksələn liderlər verdikləri vədləri yerinə yetirə bilmirlər və onlara qarşı cəmiyyətdə əks-münasibət yaranır, populyarlıq, etimad göstəricisi sürətlə aşağı düşür. Prezident İlham Əliyevə gəldikdə isə, biz başqa mənzərənin şahidi oluruq. Azərbaycan Liderinin populyarlığı, xalqın Ona bəslədiyi etimad nəinki azalmır, əksinə getdikcə daha da artır.
Xalqın Prezident İlham Əliyevə etimad limitinin getdikcə artması isə bilavasitə Onun milli mənafeni əsas götürməklə həyata keçirdiyi məqsədyönlü siyasətlə bağlıdır. Onun ardıcıl islahatlar kursu sayəsində Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilib. Ölkəmizdə davamlı iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Eyni zamanda, iqtisadi güc respublikamızın siyasi müstəqilliyi üçün etibarlı baza formalaşdırıb. Bu gün dünya miqyasında heç bir güc mərkəzi Azərbaycanla diktat dili ilə danışa bilməz və danışmır.
Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olur. Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması bunun əyani sübutudur. 44 günlük müharibədə qazanılan Zəfər çoxəsrlik dövlətçilik tariximizdə ən böyük Qələbədir. Tarixə nəzər saldıqda görürük ki, məmləkətimizə yadellilərin həmlələri çox olub və bu həmlələr əksər hallarda itkilərlə nəticələnib. Sərhədlərimiz daralıb, torpaqlarımız yad əllərə keçib. Xatırladaq ki, indiki Ermənistanın paytaxtı da daxil olmaqla əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Burada sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir. Azərbaycan ərazisində heç bir əsası olmadan yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı rayonların ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğala məruz qalması da ermənilərin və onların bağlı olduqları qüvvələrin məkrli planlarının davamı idi. Havadarlarının köməyinə arxalanan ermənilər yenə də Azərbaycandan ərazilər qoparmaq istəyirdilər.
Deyə bilərik ki, bu dəfə Azərbaycanın qarşısında daha təşkilatlanmış və dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən daha əmin-arxayın edilmiş məkrli düşmən dayanmışdı. Elə bir düşmən ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin belə qətnamələrinə məhəl qoymur, hətta yeni ərazilər uğrunda yeni müharibə iddiaları səsləndirirdi.
Bu kimi faktlar Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin, Ordumuzun qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvür yaradır. Lakin Müzəffər Lider İlham Əliyev ayrı-ayrı azərbaycanafob mərkəzlərdə qurulan planları dağıtmağı, alt-üst etməyi bacardı. 44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı İlham Əliyevdir. O, hələ müharibədən əvvəl qətiyyətlə bildirirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacaq. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə tarixdə əbədi qalacaq və həmişə qürur mənbəyimiz olacaq.
Qlobal liderlik keyfiyyətləri
Azərbaycan cəmiyyətində belə yüksək nüfuz qazanan Prezident İlham Əliyev, eyni zamanda beynəlxalq miqyasda da qlobal liderlik keyfiyyətləri nümayiş etdirən siyasətçi kimi tanınır və qəbul olunur. Azərbaycanın dövlət başçısının siyasəti milli maraqlara, ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanır. Təbii ki, bu, Prezident
İlham Əliyevin dünya miqyasında nüfuzunun artmasını, qlobal siyasətdə öz yeri və dəst-xətti ilə seçilən Lider kimi qəbul olunmasını şərtləndirir. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Prezidentı həm Şərqdə, həm də Qərbdə yüksəksəviyyəli Lider kimi qəbul olunur. Onun qətiyyətli siyasi iradəsi ilə Azərbaycan dünya miqyasında İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Eyni zamanda bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Deyə bilərik ki, ölkəmiz qoca qitənin enerji xəritəsini yenidən formalaşdırıb. Azərbaycanın 2015-ci ildə Birinci Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi özlüyündə ölkəmizin dünya üçün nə qədər önəmli, birləşdirici bir missiya yerinə yetirdiyini təsdiqləyir. Son vaxtlarda beynəlxalq birlik üçün böyük aktuallıq daşıyan məsələlərin məhz Bakıda müzakirə olunması bir növ ənənə halını alıb.
İlham Əliyev qlobal miqyasda meydana çıxan çağırışları, yeni trendləri anında dəyərləndirir, ardıcıl şəkildə regional və qlobal əməkdaşlığın inkişaf etdirilməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına hədəflənən təşəbbüslərlə çıxış edir. Bu barədə istənilən qədər nümunə gətirmək olar. O, qlobal liderlik nümunəsini növbəti dəfə koronavirus pandemiyası şəraitində nümayiş etdirdi. Belə ki, Onun təşəbbüsü ilə ölkəmiz uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail oldu. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi.
Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan Qoşulmama Hərəkatında (QH) sədrlik fəaliyyətini uğurla həyata keçirir. Təsadüfi deyildir ki, QH-nın üzvü olan dövlətlər Azərbaycan Prezidentinə böyük etimadın təzahürü olaraq ölkəmizin qurumda sədrlik müddətinin daha bir il uzadılmasını istəyiblər və buna razılıq alıblar. Hazırda QH Azərbaycanın sədrliyi ilə beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayır.
Həssas məqamlarda nəzərlər Azərbaycana və onun Liderinə yönəlir. Bunu biz Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyin fonunda da müşahidə edirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, Polşa Prezidenti Andjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, digər bir sıra ölkələrin, regional və beynəlxalq təşkilatların rəsmi şəxslərinin həm Cənubi Qafqazda postmüharibə reallıqları, həm də Rusiya-Ukrayna gərginliyi ilə əlaqədar Prezident İlham Əliyev ilə müzakirələr aparmaları Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir. Deyə bilərik ki, regional və beynəlxalq təhlükəsizlik məsələlərində Azərbaycanın Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verilir.
Ermənistanın özgə çətiri altına sığınan lideri
Liderlərin fərqli üstün keyfiyyətləri müqayisələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Qalib ölkənin Müzəffər Lideri daim zirvələrdən-zirvələrə yüksəldiyi halda, məğlub Ermənistanın lideri Nikol Paşinyan aşağı səviyyəli keyfiyyətləri ilə diqqət çəkir. Prezident İlham Əliyev mötəbər tribunalarda yüksək diplomatik bacarığı, dolğun nitqləri və cavabları ilə auditoriyanın rəğbətini qazanır. Məğlub Ermənistanın baş naziri isə bütün bu məziyyətlərdən məhrumdur. O, bir qayda olaraq beynəlxalq tədbirlərdə mağmınlığı, səriştəsizliyi, məhdud dünyagörüşü ilə lağ və qınaq obyektinə çevrilir. Xalqını Zəfərə qovuşduran İlham Əliyevin sözü və imzası bir vəhdət təşkil edir. O, vəd verirsə, mütləq yerinə yetirir. N.Paşinyan üçün isə sözünü geri götürmək, tez-tez fikrini dəyişmək su içmək qədər asandır. Prezident İlham Əliyev həmişə məğrur və qürurlu dayanır. Onun duruşunda, baxışlarında, nitqlərində qalib Azərbaycanın qüdrəti, gücü əks olunur. N.Paşinyana gəldikdə isə, o, beynəlxalq tədbirlərdə yazıq, məzlum görkəmi ilə sanki məğlub ölkəsini və xalqının halını, güzaranını diqqət mərkəzinə gətirmək istəyir. Elə son Soçi görüşünü xatırlayaq. Hava yağışlı idi. Prezident İlham Əliyev tədbirini əvvəlcədən görmüşdü. Avtomobildən düşdükdən sonra başı üstündə öz çətirini tutdu. Bu, həm də bir rəmzi məna daşıyır. Lider başqasının çətiri altında dayanmaz ki! Ancaq görünür belə dəyərlərin N.Paşinyandan ötrü bir mənası yoxdur. Əks halda o, yağışlı Soçidə Rusiya prezidentinin tutduğu çətirin altına girməzdi. Bəli, o bunu yağışdan qorunmaq, islanmamaq üçün etdi. Bəs şərəf, ləyaqət hissi harada qalıb? Ermənistan Rusiyanın forpostudur. Bu, hər kəsə bəlli olan bir həqiqətdir. N.Paşinyan V.Putinin çətiri altına sığınmaqla ölkəsinin statusunu bir daha xatırlatmış oldu...
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
