Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Siyasi uzaqgörənliyin qazandırdığı uğur

Siyasi uzaqgörənliyin qazandırdığı uğur

03.10.2022 [10:48]

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Da­hi şəx­siy­yət Hey­dər Əli­yev bil­di­rir­di ki, müs­tə­qil­li­yi qa­zan­maq nə qə­dər çə­tin­dir­sə, onu qo­ru­yub sax­la­maq ondan da  çə­tin­dir.

Təbii ki, Azərbaycanın bugününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu, daha dəqiq desək, bugünümüz üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edən ulu öndər Heydər Əliyevin  Azərbaycanın bugünü üçün gördüyü işlərin əsasında Onun uzaqgörənliyi, Vətəninə, xalqına bağlılığı dayanırdı.  Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqilliyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin Ümummilli Liderin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımlar bugünümüzə və gələcəyimizə hesablanmışdı.

Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də  Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir. Bunlardan biri dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən qərarın-31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsini qeyd edə bilərik. Ulu Öndərin Naxçıvan fəaliyyətindən bəhs edərkən bu gün ölkəmizin həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. 1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin həyatında yeni mərhələ başlandı.  Partiyanın yaradılmasından çox keçmədi ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.

Bu ta­ri­xi pa­ra­lel daim xal­qı­mız tə­rə­fin­dən apa­rı­lır ki, ümum­mil­li li­der Hey­dər Əli­yev ne­cə ha­ki­miy­yə­ti­nin bi­rin­ci döv­rün­də Azər­bay­ca­nı keç­miş İt­ti­fa­qın ge­ri­də qal­mış öl­kə­sin­dən ən qa­baq­cıl öl­kə­si­nə çe­vir­di, elə­cə də 1993-cü il­də ha­ki­miy­yə­tə qa­yı­dı­şı ilə Azər­bay­ca­nı ye­ni­dən qur­du. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi.  Ulu Ön­də­rin uzaq­gö­rən si­ya­sə­ti­nin nə­ti­cə­si ola­raq iq­ti­sa­diy­ya­tı­mı­zın in­ki­şa­fın­da neft ami­li­nə yük­sək də­yər ve­ril­di, ma­lik ol­du­ğu­muz tə­bii re­sur­s­lar­dan sə­mə­rə­li is­ti­fa­də et­mək məq­sə­di­lə gər­gin səy­lə­rin nə­ti­cə­sin­də 1994-cü il 20 sen­t­yabr ta­ri­xin­də "Əs­rin mü­qa­vi­lə­si" im­za­lan­dı. Bu­nun­la da Azər­bay­ca­nın iq­ti­sa­di müs­tə­qil­li­yi­nin əsa­sı qo­yul­du, si­ya­si müs­tə­qil­lik üçün möh­kəm tə­məl for­ma­laş­dı. "Əs­rin mü­qa­vi­lə­si"nin əhə­miy­yə­tin­dən bəhs edər­kən onun iq­ti­sa­di tə­rə­fi ilə ya­na­şı, si­ya­si əhə­miy­yə­ti da­ha çox təh­lil edi­lir. Çün­ki bu sa­ziş Azər­bay­ca­na ina­mı ar­tır­dı, eti­bar­lı tə­rəf­daş ki­mi nü­fuz qa­zan­ma­sın­da mü­hüm rol oy­na­dı.

Ulu öndər Heydər Əliyev  Azər­bay­can­da de­mok­ra­tik cə­miy­yə­tin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­lar at­dı. O, mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.

1995-ci il 12 no­yabr­da ümum­xalq səs­ver­mə­si yo­lu ilə qə­bul olu­nan mil­li Kon­s­ti­tu­si­ya­mız döv­lət­çi­li­yi­mi­zin əsas­la­rı­nın ya­ra­dıl­ma­sın­da əsas rol oy­na­dı.

Da­hi şəx­siy­yə­tin Azər­bay­can döv­lə­ti qar­şı­sın­da xid­mət­lə­rin­dən bəhs edər­kən onun müs­tə­qil döv­lət ki­mi bey­nəl­xalq aləm­də ye­ri və ro­lu­nun möh­kəm­lən­mə­si is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lə­ri, bö­yük səy­lə­ri nə­ti­cə­sin­də Azər­bay­ca­nın ət­ra­fın­da ya­ra­dı­lan in­for­ma­si­ya blo­ka­da­sı­nın yarıl­ma­sı­nı xü­su­si qeyd et­mə­li­yik. Ümum­mil­li Li­derin hazırda tarixə qovuşan  Qa­ra­bağ münaqişəsi ilə bağlı hə­qi­qət­lə­rin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar Azərbaycanın ətrrafında yaradılan informasiya blokadasının yarılmasında mühüm rol oynadı.  Bir da­ha dün­ya­ya sü­but edil­di ki, Azər­bay­can müs­tə­qil döv­lət­dir, bey­nəl­xalq sə­viy­yə­də ta­nı­nan əra­zi­lə­ri­nin ge­ri qay­ta­rıl­ma­sı, əra­zi bü­töv­lü­yü­nün bər­pa­sı üçün bü­tün im­kan­lar­dan is­ti­fa­də edə­cək. Ulu ön­dər Hey­dər Əli­yev, ey­ni za­man­da, "Sülh da­nı­şıq­la­rı­nı cə­sa­rət­lə apar­maq üçün güc­lü or­dun ol­ma­lı­dır" te­zi­si­ni önə çə­kə­rək or­du qu­ru­cu­lu­ğu sa­hə­sin­də önəm­li ad­dım­lar at­dı.

Bu ümu­mi­ləş­dir­mə­ni apa­ra bi­lə­rik ki, Ümum­mil­li Li­der ye­ni, müa­sir Azər­bay­ca­nı qur­du. O, "Mə­nim üçün hər şey­dən əziz mə­nim xal­qım­dır, mə­nim Və­tə­nim­dir, mə­nim tor­pa­ğım­dır" fi­kir­lə­ri ilə xal­qı­na, döv­lə­ti­nə bağ­lı­lı­ğı­nı ifa­də et­di. Onun dü­şü­nül­müş və məq­səd­yön­lü si­ya­sə­ti ilə Azər­bay­ca­nın gə­lə­cə­yi üçün möh­kəm ba­za for­ma­laş­dı ki, son 19 il­də bu si­ya­si kur­sun  Pre­zi­dent­ İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­mə­si nə­ti­cə­sin­də Azər­bay­can uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, 30 illik  torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır. Dövlətinə, xalqına xidmət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanırdı. Hazırda xalqımız bu xidmətin davamını Prezident İlham Əliyevin fəaliyyətində  görür və Onun ətrafında sıx birləşib.    

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30