Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BSU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

BSU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

29.09.2022 [11:03]

Sentyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş  sözü ilə açan ETLL-nin laboratoriya müdiri, dosent Sadir Məmmədov Vətən müharibəsi zamanı Azərbaycan xalqının zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və vətən sevgisinə şahidlik etdiyini qeyd edib.  Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdiyi 44 günlük Vətən müharibəsinin bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildiyini deyib.
BSU-nun rektoru Anar Nağıyev  Müzəffər  Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında  və  Şanlı Azərbaycan Ordusunun sayəsində Vətən müharibəsində nail olduğumuz zəfərdən sonra yaşadığımız  şərəfli tarixdən  söz açıb. Prezident İlham Əliyev istər  hərb meydanında, istər diplomatik sahədə, istərsə də informasiya savaşında   ən yüksək liderlik  nümunəsini nümayiş etdirib.
Azərbaycan Dövləti və xalqının  Vətən müharibəsi ilə öz tarixinin ən şərəfli  səhifələrini yazdığını deyən rektor Anar Nağıyev Vətən müharibəsində xüsusilə gənc  nəslin göstərdiyi  şücaətlərə diqqət çəkərək, bu gənclərin içərisində BSU məzunlarının da olduğunu qeyd edib. Vətən müharibəsinin şəhidləri olan BSU məzunları Kənan Rüstəmli, Elnur Allahverdizadə və Nicat Şükürlünün timsalında bütün şəhidlərin Azərbaycan gəncliyi üçün  həm qürur yeri, həm də nümunə olduğunu diqqətə çatdırıb.
Rektor müharibədən sonrakı dövrdə gənclərin üzərinə böyük məsuliyyətin düşdüyündən söz açaraq, bu gün dirçələn, yeni inkişaf layihələrinin tətbiq edildiyi Qarabağın yenidən bərpa olunması üçün yüksək ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətindən danışıb. O, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli müvafiq Sərəncamına diqqət çəkərək, Azərbaycanın ərazi  bütövlüyü uğrunda canından keçmiş insanların xatirələrinin əbədiləşdirilməsi məqsədilə 27 sentyabr tarixinin hər birimiz  üçün böyük mənəvi anlam daşıdığını qeyd edib.
BSU kollektivinin bütün üzvlərinin ölkəmizin hər gün daha da çiçəklənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə  edib.
Sonra  Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd  “II  Qarabağ  savaşında Qələbənin  təmin olunmasının başlıca  səbəbləri”, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “Vətən müharibəsinin geosiyasi nəticələri” mövzularında çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində Qələbəni təmin  edən  əsas faktorlardan söz açılıb,  müharibədən sonrakı  dövrdə beynəlxalq arenada yaranan geosiyasi reallıqların əhəmiyyətinə toxunulub.
44 günlük Vətən Müharibəsi veteranı, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş BSU-nun Tərcümə fakültəsinin tələbəsi İbrahim Abdullayev döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Humanitar və sosial elmlər fakültəsinin  I tədris ili tələbəsi  Həsənova Fatimə çıxış  edərək Vətən müharibəsinin başlanması, Şanlı Zəfər tariximiz barəsində məlumat verib.
Tədbir Humanitar və sosial elmlər fakültəsinin II tədris ili tələbəsi Nahid Arifoğlunun təqdimatında Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə sona çatıb.

Paylaş:
Baxılıb: 299 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30