Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / XİN rəhbəri Ermənistanla danışıqların davam etdirilməsinin vacibliyini bildirib

XİN rəhbəri Ermənistanla danışıqların davam etdirilməsinin vacibliyini bildirib

22.09.2022 [16:28]

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Komfort Ero ilə görüşüb.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov görüş zamanı 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, bərpa və yenidənqurma işləri barədə məlumat verilib, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü təklif üzrə fikir mübadiləsi aparılıb. Ermənistanın son təxribatlarının əsas məqsədinin prosesləri ləngitmək məqsədi daşıdığı, buna baxmayaraq, prosesin irəlilədilməsi üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, müzakirələr çərçivəsində Beynəlxalq Böhran Qrupunun ölkəmiz ilə bağlı tərtib etdiyi hesabatlar üzrə məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb, Qrupun bir sıra məsələlər üzrə sualları cavablandırılıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30