Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur

20.09.2022 [15:14]

Azərbaycan 30 ilə yaxın işğal dövrünü yaşadı. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, amma artıq tarixə qovuşan Qarabağ münaqişəsi bir çox məqamlara aydınlıq gətirdi. Belə ki, Azərbaycan bu illər ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözlədi. Ən yüksək tribunalardan dünyaya bu çağırışlar edildi ki,  beynəlxalq hüququn norma və prinsiplərinin  tətbiqi üçün vahid mexanizm olmalıdır.  Təəssüflər olsun ki,  bu çağırışlara biganə münasibət, Ermənistana dəstək 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına gətirib çıxardı. Ermənistanın hərbi təxribatlarının davamlı hal alması, bu təxribatlar nəticəsində yaşanan itkilərimiz  dövlətimizin, xalqımızın səbr kasasını doldurdu. İki il bundan öncə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən  ərazilərimizi  raket atəşinə tutmasına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə başlanan əks-hücum əməliyyatı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı.   Məğlubiyyətlə barışmaq istəməyən Ermənistanda revanşist siyasət manipulyasiya vasitəsinə çevrildi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn  öhdəlikləri yerinə yetirməyən Ermənistanın Azərbaycanla sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi, atəşkəsi pozması diqqətdən kənarda qala bilməz. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın revanşist niyyətindən əl çəkmədiyini nümayiş etdirdi. Hadisələr onu göstərir ki, Ermənistan regionda gərginliyi davam etdirməkdə maraqlıdır.

     Dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə  sentyabrın 16-da fəxri qonaq qismində iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatına  üzv ölkələrin Sammitindəki çıxışında bir daha bu məqamlara diqqəti yönəldərək bildirdi ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

    Dövlət başçısı İlham Əliyev çıxışında tarixi Zəfərimizin perspektivlərindən də bəhs edərək bildirdi  ki,  Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

   Bugünümüzün əsas məsələsi məhz  regionda sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır ki, Ermənistan hələ də konkret addım atmaq barədə düşünmək istəmir.  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  təşəbbüsü ilə keçirilən Brüssel görüşlərində bugünümüz və gələcəyimiz üçün mühüm addımlar atılsa da, yəni, Ermənistanın baş naziri Nikol Paşinyan tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutan 5 prinsipi  qəbul etdiyi, sülh müqaviləsinin imzalanması məqsədilə hər iki ölkənin xarici işlər nazirlərinin danışıqlara başlamasını dəstəkləsə də görüşdən çox keçmədən  sərhəddə erməni silahlı  qüvvələrinin  təxribat törətməsi təcavüzkar dövlətin yeni planlar hazırladağı barədə qənaətə əsas verir. Bu təxribatların fonunda dünya gücləri yalnız  narahatlıqlarını bəyanatları ilə ifadə edib,  konkret addım atmaq istəmirsə,  təbii ki, Azərbaycan dövləti sərt münasibətini bildirəcək. Dövlət başçısı İlham Əliyevin Səmərqənd  Sammitində səsləndirdiyi  mesajlar da bunu təsdiqidir.

    Sözügedən Sammit tarixi Zəfərimizin reallıqlarının əksər güclər tərəfindən qəbul olunub bu istiqamətdə fəaliyyət göstərmələri ilə yanaşı, digər güclərin   hələ də Ermənistana dəstəkdən irəli gələn susmalarına  bir daha aydınlıq gətirdi. Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədlərinə diqqət yetirdikdə böyük nüfuza malik olan bu regional təsisatın  bugünümüz üçün əsas çağırışı açıqlanır. Səmərqənd Sammitinin nəticələri göstərdi ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri bundan sonra daha da güclənəcək. Dövlət başçısı İlham Əliyev bu tribunadan  bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31