Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Canlarını Vətən yolunda qurban vermiş şəhidlərin ailələrindən və qazilərdən öz siyasi məqsədləri üçün istifadə etmək cılızlıqdır!

Canlarını Vətən yolunda qurban vermiş şəhidlərin ailələrindən və qazilərdən öz siyasi məqsədləri üçün istifadə etmək cılızlıqdır!

20.09.2022 [12:40]

Artıq bir neçə gündür sosial şəbəkələrdə fəallaşan sapı özümüzdən olan baltalar Azərbaycanın qazandığı uğurlara kölgə salmağa çalışırlar. Belələri qanmalıdır ki, Azərbaycan xalqı ağı qaradan seçən xalqdır. Hər bir şey göz qabağındadır. Övladlarını toy bayramla orduya yola salan analar da bu xalqın qızıdır, 5-10 manata pula vətənini satan Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli də. Mən burda çox fərq görürəm.  

Ordumuzun qələbələrinə kədərlənən kəslər başa düşsün ki, Azərbaycan sizin dövrünüzdə olan Azərbaycan deyil. Bu gün xalqımız öz Liderinin- İlham Əliyev cənablarının ətrafında sıx birləşmiş, ölkəmizi irəli aparmaq üçün var qüvəllərini sərf edirlər. Bütün dünyaya və içimizdəki xainlərə  bəyan olsun ki, biz azərbaycanlılar tarixi ədaləti bərpa etmişik. Baş verən erməni təxribatının  qarşısı alındı və hər kəs gördü ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir,

   Mən bir şəhid atası kimi təklif edirəm ki, Azərbaycanın uğurlarına kölgə salan, sevinməyən belə ünsürlər haqqında ciddi ölçü götürülsün. Biz İlham Əliyev cənablarının ətrafında sıx birləşərək ölkəmizin çiçəklənməsi uğrunda var qüvvəmizlə çalışacağıq.

İsgəndərov Bəhruz Murad oğlu – Aprel şəhidi İsgəndərli Nicatın atası

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31