Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur.

Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur.

20.09.2022 [11:38]

Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib

 Prezident İlham Əliyevin 16 sentyabr 2022-ci il tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı, Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini sammit iştirakçılarının diqqətinə çatdırmışdır. Prinsiplər aşağıdakılardan ibarətdir.

1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

 Baza Prinsipləri ilə bağlı   Prezident İlham Əliyev qeyd etmişdir ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində geniş miqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 Ermənistanın təxribatlarının qarşısını almaq və uzun illərdir işğal altında olan tarixi torpaqlarımızı azad etmək məqsədilə Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsi təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoyularaq kapituliyasiyası, məğlubiyyəti ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız və Ordumuz Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etdi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, qalib bir ölkənin vətəndaşıdır. Hər bir hərbi qulluqçu isə qalib bir Ordunun əsgəri olmaqdan böyük qürur duyur. Zəfər günümüzdən 2 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, düşmən yenə hiyləgər və məkrli niyyətlərindən əl çəkmir, biabırçı məğlubiyyəti ilə barışmaq istəmir, bölgədə mövcud olan reallıqlardan nəticə çıxarmır. Düşmən ölkənin sülhdən başqa çıxış yolu yoxdur. Odur ki, Ermənistan yenidən sülhə getməmək üçün revanşist əməllərə yol verərsə “Dəmir yumruq” yenidən yerində olacağını unutmasınlar.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31