Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əhalinin gəlirləri artacaq

Əhalinin gəlirləri artacaq

20.09.2022 [10:00]

MÜBARİZ

Maliyyə Nazirliyi  “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədini təqdim edib. Mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi hədəf və proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, büdcə qaydasına əsaslanan yeni makro-fiskal çərçivəyə uyğun olaraq icmal və dövlət büdcələrinin layihələrini əhatə edir.

2023-cü ildə əsas xərc istiqamətləri

2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 4324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33300,0 milyon manat proqnozlaşdırılır ki, bu da, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5877,6 milyon manat və yaxud 21,4 faiz çoxdur.

2023-ci il üçün 33300,0 milyon manat (ÜDM-nin 31,5 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22635,7 milyon manatı və ya 68,0 faizi cari xərclərə, 9659,3 milyon manatı və ya 29,0 faizi əsaslı xərclərə, 1 005,0 milyon manatı və ya 3,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.

2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 2023-cü ildə ümumi dövlət xidmətləri üzrə xərclərə 13,2 faiz və ya 575,6 milyon manat, iqtisadi fəaliyyət xərclərinə 2,6 faiz və ya 183,1 milyon manat az, mənzil və kommunal təsərrüfatı xərclərinə 30,2 faiz və ya 82,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 10,6 faiz və ya 262,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 17,2 faiz və ya 79,6 milyon manat, səhiyyə xərclərinə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait proqnozlaşdırılıb.

Dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 517,2 milyon manat və ya 13,3 faiz daha çox olmaqla 4403,8 milyon manat məbləğində vəsaitin yönələcəyi proqnozlaşdırılıb. Kənd təsərrüfatı bölməsi üzrə 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 204,8 milyon manat və ya 20,5 faiz çox olmaqla 1202,1 milyon manat proqnozlaşdırılır. Ətraf mühitin mühafizəsi bölməsi üzrə isə 37 tədbiri əhatə edən 6 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 71,1 milyon manat və ya 24,3 faiz çox olmaqla 363,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3000,0 milyon manat məbləğində olacağı proqnozlaşdırılır ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz və ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək.

Sənəddə qeyd edilib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bu prioritetlərə söykənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin mövcud reallıqlar və çağırışlar nəzərə alınmaqla, 2023-cü il üzrə xərc siyasəti aşağıdakı istiqamətləri önə çəkir:

- İşğaldan azad edilmiş ərazilər üzrə bərpa və yenidənqurma işlərinin, böyük qayıdış planının təmin edilməsi, ərazilərdə müasir infrastrukturların, o cümlədən hərbi infrastrukturların tikintisi;

- Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi;

- Əməyin ödənişi, sosial müdafiə və sosial təminat üzrə islahatların davam etdirilməsi,

- İnflyasiya təzyiqi nəzərə alınmaqla sosial dəstək tədbirlərinin həyata keçirilməsi;

- Səhiyyə xərclərinin, o cümlədən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin, yoluxucu xəstəliklərin, o cümlədən COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və profilaktik tədbirlərin maliyyə təminatı;

- Təhsil xərclərinin, o cümlədən dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd kvotasının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan təlabatın qarşılanması;

- Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin, prioritet şəkildə buğda istehsalının inkişaf etdirilməsi üçün maliyyə dəstəyi və subsidiyaların ayrılmasının artırılması;

- Ölkənin tranzit potensialının daha dolğun istifadəsi, Transxəzər dəhlizi üzrə daşınmaların nəqliyyat logistika in?rastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin dəstəklənməsi;

- Əməyin ödənişi, sosial müavinət, təqaüd və pensiyalar, dövlət borcuna xidmətlə bağlı xərclərin (büdcə qanunvericiliyinə əsasən müdafiə olunan xərclər) prioritet maliyyə təminatı;

- Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı;

- Dövlət büdcəsindən iqtisadiyyata dövlət öhdəliklərinin, o cümlədən dövlət sifarişi üzrə öhdəliklərin qarşılanması, həmçinin subsidiya, subvensiya, dotasiya və qrant formasında maliyyə dəstəyinin davam etdirilməsi;

- Bir sıra zəruri məhsul və xidmətlərin qiymət artımının (inflyasiyanın) sosial təyinatlı tədbirlərə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara təsirinin qarşılanması.

91,9 milyard manat həcmində gəlirlər

Maliyyə Nazirliyi tərəfindən ?əqdim olunan sənədə əsasən, növbəti və sonrakı 3 ildə əhalinin gəlirləri və xərcləri artacaq. Qeyd edilib ki, eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 milyard manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir.

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31