Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT Təhlükəsizlik Şurasında...

BMT Təhlükəsizlik Şurasında...

15.09.2022 [10:33]

Ermənistan və onun havadarlarının Azərbaycanı beynəlxalq müstəvidə ləkələmək cəhdləri baş tutmayacaq

Nardar BAYRAMLI

Fransanın təşəbbüsü ilə ötən gün BMT Təhlükəsizlik Şurasında   Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məsələ müzakirəyə çıxarılıb. Hazırda BMT Təhlükəsizlik Şurasında daimi üzvlər olan Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa ilə yanaşı, Hindistan, İrlandiya, Meksika, Norveç, Qabon, Qana, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və  Albaniya da təmsil olunur.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin davam etdiyi zaman - 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra Rusiya, ABŞ və Fransa tərəfindən TŞ prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Bəyanat layihəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı. O zaman BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına  üzv olan 7 ölkə  layihəyə 1993-cü il  qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdi. Lakin ABŞ, Fransa və Rusiya bunun qəbuledilməz olduğunu bildirmişdilər. Onların  bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərməsinə baxmayaraq,  Qoşulmama Hərəkatına üzv  ölkələr prinsipial mövqe nümayiş etdirərək müvafiq qətnamələrə istinadın yer almasında təkid etmişdilər. Belə olan təqdirdə bəyanat müəllifləri geri çəkilməli olmuşdular.

BMT Təhlükəslik Şurasında ötən gün keçirilən müzakirələrə gəlincə, politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, sentyabrın 12-də  gecə saatlarından başlayaraq davam edən gərginliyə görə məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, vurğulanmalıdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol  Paşinyan arasında keçirilmiş son görüşdən sonra Laçın, Kəlbəcər, Daşkəsən, Zəngilan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulurdu. Nəticədə genişmiqyaslı təxribatlar baş verdi. Onun sözlərinə görə, Ermənistan bu təxribatları törətməklə informasiya müharibəsi seqmentində, eləcə də siyasi-diplomatik sahədə üstünlüklər əldə etməyə çalışır. Bununla da Azərbaycana qarşı siyasi təzyiqləri davam etməkdə maraqlıdır. Bu xüsusda Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasının  iclasının çağırılması diqqəti cəlb edir.

Politoloq hesab edir ki, BMT  Təhlükəsizlik Şurası regionda baş verən proseslərə diqqətlə nəzər salmalıdır: “Çünki Ermənistan tərəfi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, 10 noyabr üçtərəfli bəyanatı pozur. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi zonasında hələ də qanunsuz erməni hərbi birləşmələri qalmaqdadır. Eyni zamanda,  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin maneəsiz hərəkəti ilə bağlı 9-cu maddə icra olunmur. Digər məsələlər də var ki, hələ də açıq olaraq qalır. Humanitar məsələlərə gəlincə, Ermənistan tərəfindən verilən mina xəritələri yanlışdır. Eləcə də,  Birinci Qarabağ müharibəsində itkin düşən və əsir götürülən dörd minə yaxın vətəndaşımızın taleyi  haqqında məlumatların verilməsi  öhdəlikləri də rəsmi İrəvan tərəfindən yerinə yetirilmir. Əslində, bu məsələlərlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası  çağırılmalı və Ermənistan beynəlxalq ictimaiyyət qarşısında qınanmalıdır. Amma bunun əvəzində müəyyən dairələr Azərbaycanı sanki günahkar çıxarmağa çalışırlar. Bu, dünyanın ikili standartlar siyasətindən əziyyət çəkməsi və qərəzli münasibətin təzahürüdür. Düşünürəm ki, budəfəki müzakirələrdə də Böyük Britaniya  haqqın tərəfindədir”.

İ.Hüseynovun fikrincə, 10 noyabr bəyanatının müəlliflərindən biri kimi Rusiya da  Ermənistanın destruktiv fəaliyy?tinə qiymət verməlidir: “BMT  Təhlükəsizlik Şurasının iclasını çağıran  Fransa isə hələ Vətən müharibəsi zamanı ölkəmizə qarşı obyektiv olmadı, işğalçı  Ermənistanın tərəfini tutdu. Bu gün də Fransa cəmiyyətində erməni təəssübkeşliyi davam edir. Düşünürəm ki, Ermənistan və onun havadarlarının Azərbaycanı beynəlxalq müstəvidə ləkələmək cəhdləri bundan sonra da baş tutmayacaq”.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30