Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Qurtuluşun Başlanğıc Nöqtəsi – 3 sentyabr

Milli Qurtuluşun Başlanğıc Nöqtəsi – 3 sentyabr

02.09.2022 [15:11]

Azərbaycanın dövlət və dövlətçilik naminə misilsiz xidmətlər göstərmiş, ideyaları, dühası, biliyi, bacarığı, idarəçilik ənənələri ilə bu günümüzə, gələcəyimizə bələdçilik edən Ulu Öndərimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm əhəmiyyətə malikdir. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu və Milli Qurtuluşumuz elə Naxçıvandan başladı desək yanılmarıq.

O illərdə Naxçıvanda, elə ümumilikdə dövlətimiz böyük fəlakətə sürüklənmişdi. Ömrü boyu qəlbi Vətən eşqi ilə döyünən dahi şəxsiyyət Heydər Əliyev belə bir vaxtda Azərbaycanda baş verən hadisələrə laqeyd qala bilmədi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra Moskvada yaşadığı bir dövrdə Heydər Əliyev 1990-cı il 20 Yanvar günlərində həyatını təhlükəyə ataraq Moskvada yalnız Azərbaycanın daimi nümayəndəliyinə getməmiş və hətta sərt çıxışlarla Sovet hakimiyyəti qınamış, qəzəb və kəskin etirazını bütün dünyaya bildirmişdi. Ümummilli lider Azərbaycan xalqına başsağlığı verərək sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini  sərt şəkildə pisləmişdi. O, bu faciənin ölkənin sırf sovet höküməti və partiya rəhbərliyinin səhv qərarı ucbatından baş verdiyini bildirdi və qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını istəmişdi.

Daha sonra Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan fərdi pensiyaçı Heydər Əliyev 1990-cı ilin iyul ayında Vətənə - Azərbaycana - Naxçıvana qayıda bildi və bununla da, Azərbaycan xalqının imdadına yetdi.

Beləliklə, o dövrdə yerli kütləvi informasiya vasitələrində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyinə seçilməsinə dair “Məclis iflic vəziyyətindən çıxır” başlıqlı məqalədə bu hadisənin Naxçıvanın müqəddəratında həlledici  rol  oynadığını böyük inamla və nikbinliklə qeyd edirdi. Məqalədə Heydər Əliyevin xalqın tələbi ilə seçilməsi göstərilirdi. Hələ 31 il öncə bu gün Naxçıvan şəhərində minlərlə Naxçıvanlının təşkilatçılığı ilə gedən mitinqdə Naxçıvan MR Ali Məclisinin təxirə salınmış növbədənkənar sessiyasının (növbədənkənar sessiya avqustun 26-da çağırılmışdı) çağırılmasını və bütün vəchlə Heydər Əliyevin Ali Məclisin sədri seçilməsini tələb edirdilər.

1991-ci il sentyabrın 3-də bütün çətinliklərə baxmayaraq, yetərsay toplanır, sessiya öz işinə başlayır. Növbədənkənar sessiya baş tutduğu bir vaxtda Naxçıvanın hər yerindən Ali Məclisin binası qarşısında əllərində Ulu Öndərin portretləri olan seçicilər toplanmışdı. Tələb edirdilər ki, Naxçıvan MR Ali Məclisinə Heydər Əliyevi sədr seçsinlər. Dünyaya “ demokratiya carçısı” Xalq Cəbhəsi Partiyası Naxçıvan Vilayət şöbəsinin fəallarının əksəriyyəti isə bildirdilər ki, Heydər Əliyev sədr seçilərsə, onun əleyhinə geniş kampaniyaya başlayacaqlar. Lakin minlərlə mitinq iştirakçılarının təzyiqi və təsiri ilə deputatlar Naxçıvan MR Ali Məclisinin sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdülər. Ümummilli lider xalq arasında ikilik çıxmasın deyə, mütləq əksəriyyət ona etimad olmadan bu posta gələ bilməyəcəyi ilə əlaqədar Heydər Əliyev üç dəfə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də xalq onun namizədliyini irəli sürdü. Növbədənkənar sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə səs verməklə, 5 nəfəri bitərəf qalmaqla Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi.

Heydər Əliyevin sədrliyi ilə işini davam etdirən Milli Məclisin sessiyası Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Respublikası prezidentinin seçkilərinin dayandırılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Bəzi qüvvələr Azərbaycan prezidenti seçkilərinin Naxçıvan Muxtar Respublikasında dayandırılmasını onun Azərbaycandan ayrılmaq cəhdi kimi qələmə verməyə çalışırdılar.Halbuki, Azərbaycanda gedən siyasi və iqtisadi böhran şəraitində bu seçkilərin yalnız daha böyük böhran yol açacağını Ulu Öndər daha aydın görürdü.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi belə uydurmaları ifşa edərək 7 sentyabr 1991-ci il tarixdə qərar qəbul etmişdi.

Qərarda belə cəhdlərin heç bir əsası olmadığı, böhtançı xarakter daşıdığı açıqlanırdı. Naxçıvanda baş verən demokratik proseslər haqqında yanlış məlumat verildiyi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və onun sədri Heydər Əliyev haqqında böhtanlar yağdırıldığı qeyd edilirdi. Ali Məclis göstərirdi ki, qəbul edilən sənədlərdə, bütün deputatların, Ali Məclisin sədrinin sessiyadakı və sentyabrın 5-də Naxçıvan televiziyası ilə çıxışlarında «Azərbaycanın bütövlüyü və onun bölünməzliyi haqqında qətiyyətlə fikir söylənilmiş» və «Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir» kimi fikirlər xüsusi vurğu ilə səslənmişdir. Bütün çıxışlarda Azərbaycan xalqının birliyə və milli razılığa çağırışlar səslənmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası bildirirdi ki, belə hərəkətlər Muxtar Respublikaya qarşı irticaçı mövqe tutan Azərbaycan televiziyasının və Azərbaycanın Kommunist rəhbərliyinin təşkil etdiyi təxribatdır. Qəbul edilən qərarda Azərbaycan televiziyası və radiosunun rəhbərliyindən özünün bütün informasiya kanalları vasitəsi ilə Ali Məclisin bu qərarını elan etməsini və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən və əhalisindən üzr istənilməsini tələb edirdi. 6 sentyabr 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin bəyanatında bu məqamlar diqqət çəkirdi:

“Azərbaycanın Kommunist rəhbərliyi respublikanın ali qanunvericilik orqanının fəaliyyətinə, onun əhalisinə təzyiq göstərməyə can atır və Naxçıvan Muxtar Respublikasında baş verən demokratik prosesləri boğmağa çalışır.

Bütün bu qeyri-qanuni hərəkətlərə etiraz edərək, Sovet İttifaqının bütün demokratik təşkilatlarına, bütün demokratik beynəlxalq təşkilatlara, müstəqil jurnalistlərə müraciət edərək Naxçıvan Muxtar Respublikasındakı vəziyyətin obyektiv şəkildə öyrənilməsi üçün, xüsusən, Azərbaycan prezidenti seçkilərinin keçirilməsi nəzərdə tutulmuş gün - sentyabrın 8-də öz nümayəndələrini Muxtar Respublikaya göndərmələrini xahiş edirəm.”

Gördüyümüz kimi Ulu Öndərin Naxçıvanda Milli Məclisin seçilməsi nəinki Naxçıvan, bütövlükdə Azərbaycan  üçün bir ümid, bir qurtuluş işığı olmuşdur.

Abbas Pənahov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 353 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30