Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əli Kərimli fındıq tapdı

Əli Kərimli fındıq tapdı

02.09.2022 [10:15]

Böyük ədib Cəlil Məmmədquluzadənin hekayələrinin birində iki uşağın dalaşması səhnəsi təsvir olunur. Yıxılan uşaq özünü o yerə qoymur, qayıdıb deyir ki, yerdən fındıq tapıb. Bununla da o, məğlubiyyətini etiraf etmək istəmir, əksinə onu yıxana acıq verməyə çalışır...

Mübariz ABDULLAYEV

Yəqin ki, oxucu sual edəcək: Əli Kərimli hara, C.Məmmədquluzadənin personajı hara? Bəli, təəccüblənməyin yeri var, Əli Kərimli uşaq deyil, ahıllıq yaşını haqlamaqdadır. Ən azından yaşına, başına görə onun təfəkkürü ilə uşağın düşüncə tərzi arasında fərq olsun gərək. Normal halda insanın yaşının üstünə yaş gəldikcə təcrübəsi artır, sözündə, söhbətində ağır oturub batman gəlir. El arasında “yüngül saqqal” ifadəsi nahaqdan yaranmayıb. Bu ifadə, adətən, sözünün yerini bilməyən, danışığına məhəl qoymayan, özünü  bir növ uşaq kimi aparan yaşlı insanlar barəsində işlədilir. Yəni ki, burada “yüngül” təyini heç də saqqalın çəkisini göstərmir, məclislərdə yerini bilməyən, cəmiyyətdə abır-həyasını gözləməyən yaşlı insanların ağlının, düşüncəsinin cəmi bir damcı olduğunu ifadə edir.

Hə, söz-sözü çəkdi və mətləbin üstünə gəldik. Bu gün 60-ı haqlamaqda olan Əli Kərimlinin heç bir halda yerinə düşməyən açıqlamaları məhz məğlub olarkən də “fındıq tapdım” deyən cığal uşağın özünə bəraət qazandırmasına bənzəyir. Azərbaycanın müstəqillik yaşı üç onilliyi əhatə edir. Müqayisə aparsaq, ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycanla bugünkü Azərbaycan arasında, necə deyərlər, yerlə-göy qədər fərq olduğunu görərik. Kasıblıq, qıtlıq, işsizlik, cəmiyyətdə gələcəyə ümidsizlik yaşanan, torpaq itkilərinə məruz qalan, müstəqilliyinin beşikdə boğulmaq təhlükəsi ilə üzləşən, beynəlxalq arenada küncə sıxışdırılan Azərbaycan o illərin məmləkəti idi. Ölkənin bu gününün mənzərəsi isə bütün sahələrdə dinamik inkişaf, quruculuq, sosial rifaha doğru inamlı irəliləyiş, beynəlxalq birliyə bərabərhüquqlu inteqrasiya kimi müsbət proseslərlə səciyyələnir. Ən böyük uğurumuz isə, heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsini böyük Zəfərlə başa vurmağımız və itirilən torpaqlarımızın geri qaytarılması, ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Biz bu paralelləri təsadüfən aparmırıq. Məsələ burasındadır ki, özünü radikal düşərgədə hamıdan bir baş üstün sayan, “burada mənəm, Bağdadda kor xəlifə” deyib inhisarçılıq yaradan, digərlərini onun dediyi ilə oturub-durmağa məcbur edən Əli Kərimlinin “müxalifətçiliyi” də elə təxminən üç onilliyi əhatə edir. Əli Kərimli müstəqilliyimizin ilk illərində - 1992-ci ildə ölkədə qanuni hakimiyyəti zorla devirib iqtidara gələn AXC-“Müsavat” komandasında yüksək mənsəb sahibi idi. Və o, dövlət katibi vəzifəsini daşıyan bir yüksəkranqlı məmur kimi respublikadakı acınacaqlı duruma görə birbaşa cavabdehlik daşıyırdı. “Hayla gələn vayla gedər” deyiblər. Əli Kərimlinin təmsil olunduğu komandanın və yaxud qaraguruhun iqtidar dövrü də cəmi bir il çəkdi. Qaraguruhun səriştəsizliyini, yalnız korporativ maraqlardan çıxış etdiyini, Əli Kərimli və digər iqtidar mənsublarının boş-boş vədlər verməkdən uzağa getmədiklərini görən xalq onlardan birdəfəlik üz döndərdi. Əli Kərimlinin də üzv olduğu qaragüruh komanda, sözün əsl mənasında, hakimiyyətdən qovuldu.

Namuslu, vicdanlı, məsuliyyət hissi olan kəs, gərək, bu biabırçılıqdan, rüsvayçı qovulmadan sonra siyasətlə tamam üzülüşəydi, abırına kor deyib də bir küncə qısılaydı, insanların üzünə çıxmayaydı. Ancaq, el arasında deyildiyi kimi, utanmasan oynamağa nə var ki! Əli Kərimlidə də ki, belə bir hiss ümumiyyətlə yoxdur. Ötən dövrdə onun “müxalifətçilik” fəaliyyəti ölkədə aparılan siyasətə, taktiki və strateji hədəflərimizə pəl vurmaq cəhdlərindən uzağa getməyib. Ortada isə heç bir dəlil-sübut, obyektiv əsaslandırma yoxdur. Əli Kərimlinin təkcə son vaxtlarda həmin o yüngül saqqal təfəkkürü ilə ifadə etdiyi bəzi statuslarına diqqət yetirsək, onun “müxalifətçilik” fəaliyyətinin əsl mahiyyəti barədə konkret təsəvvür yaranar. Real həyatda özünə yer və fəaliyyət sferası tapmayan, bu səbəbdən də virtual müxalifət düşərgəsinin qəhrəmanına çevrilən Əli Kərimli sosial şəbəkələrdə və tez-tez küsüb barışdığı Sevinc Osmanqızının TV kanalında özünü bir növ Ermənistan hakimiyyətinin alovlu tərənnümçüsü kimi təqdim edir. Guya Ermənistan özünün demokratiya imicini yüksəldib, insan haqları qorunur və s. Görəsən, bu kimi iddialarda bulunan Əli Kərimlinin erməni sevdası haradan qaynaqlanır? Məgər o, mavi ekranlarda, özünün də azarkeşinə çevrildiyi sosial şəbəkələrdə Ermənistanda mitinqlərin, etirazların qarşısının polis dəyənəyi ilə qəddarlıqla alındığını görmürmü? O nə üçün özünü heç nəyi görməyən və eşitməyən kimi aparır? Məğlub ölkə demokratiya imicini necə yüksəldə bilər?

Lap yaxın keçmişədək Əli Kərimli özünü qaçqın və məcburi köçkün soydaşlarımızın “canıyananı” kimi sırımağa çalışırdı. O, tez-tez “nə üçün hakimiyyət bu qəbildən olan insanların doğma yurd yerlərinə qayıtmalarını təmin etmir” sualını səsləndirirdi. Bəli, qaçqınların, məcburi köçkünlərin geri qaytarılması olduqca həssas bir məsələdir. Başa düşürük, Əli Kərimli bu mövzunu vaxtaşırı gündəmə gətirməyə cəhd göstərməklə xal yığmaq, özünə heç vaxt qisməti olmayacaq müsbət imic formalaşdırmaq məqsədi güdür. Ancaq o, bu qəbildən olan sualları verməklə də özünü, necə deyərlər, yandırır. Zamanında Əli Kərimlinin də təmsil olunduğu komandanın hakimiyyəti dövründə düşmənin işğalına məruz qalan torpaqları Ordumuzun gücü ilə geri qaytaran Azərbaycan hakimiyyətinin “Böyük Qayıdış” planı cəmiyyətə yaxşı məlumdur. Azərbaycan iqtidarı üç onillik ərzində ağır məcburi köçkünlük, qaçqınlıq taleyi yaşayan soydaşlarımızın işğaldan azad olunmuş ərazilərə layiqli və təhlükəsiz qayıdışını təmin etməyi qarşıya məqsəd qoyub. Bu məqsədlə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə böyükmiqyaslı bərpa, quruculuq işləri görülür. Artıq Zəngilanın Ağalı kəndində ilk yaşayış məntəqəsinin-”Ağıllı kənd”in inşası tamamlanıb və ora sakinlərin köçürülməsinə başlanıb. İşğal dövründə düşmən tərəfindən dağıdılan daha bir neçə kəndin, şəhərin bərpası da intensiv şəkildə davam etdirilir. Azərbaycan hakimiyyətinin bəhs olunan istiqamətdə fəaliyyəti ortada ikən özünə umac ova bilməyən Əli Kərimlinin başqalarına əriştə kəsmək həvəsinə düşməsi, heç yerinə düşmür. O, populizm, yalançı şöhrət azarkeşidir. Belə ucuz gəlişmələr isə ona heç bir halda başucalığı gətirmir, əksinə ikrah hissi doğurur.

Əli Kərimlinin yenə də bu mövzuya yaxın olan digər bir səslənməsini yada salaq. O, növbəti dəfə hakimiyyəti görün nədə “ittiham” etməyə cəhd göstərib: “Nə üçün Azərbaycanın siyasi rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına böyük səy göstərir, Laçının geri qaytarılması isə yada düşmür?” Burada Əli Kərimlinin  mahiyyəti daha aydın dərk olunur. Zəngəzur dəhlizi qalib Azərbaycan üçün ümummilli önəm daşıyan strateji bir məsələdir. Bu dəhlizin açılması ilə Azərbaycan üç onillik ərzində blokadada qalan Naxçıvanla əlaqələrini bərpa edir, yeni dəhliz qazanır və nəhayət, tarixən mövcud olmuş coğrafiyanın birləşdirilməsinə nail olur. Düşmən tərəf bəhs olunan marşrutun Azərbaycana gətirəcəyi bu kimi dividendləri nəzərə alaraq onun reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır. Özünü radikal düşərgənin ən önəmli siması sayan Əli Kərimli Zəngəzur dəhlizinin yaradılmasını arxa plana keçirməyə cəhd göstərməklə erməni dəyirmanına su tökmürmü? Görünən dağa bələdçi lazım deyil.

Əli Kərimlinin zaman-zaman Ermənistana dəstək verən xaricdəki anti-Azərbaycan mərkəzlərdən tezislər aldığı və bu tezisləri canfəşanlıqla dövriyyəyə buraxdığı hər kəsə bəllidir. Görünür, “Zəngəzur məsələsi” də eyni ssenarinin tərkib hssəsidir. Təbii ki, Əli Kərimli xaricdəki ermənipərəst qüvvələrin çaldıqları havaya onların qara qaşına, ala gözünə aşiq olub oynamır. Ortada böyük həcmlərdə maliyyə dəstəyi, qrantlar var. Belə olmasaydı, rəsmi olaraq heç yerdə əmək fəaliyyəti ilə məşğul olmayan Əli Kərimli “işsiz” statusu ilə ziddiyyət təşkil edən lüks həyat tərzini illər boyunca davam etdirə bilməzdi.

Azərbaycan iqtidarına gəldikdə isə hakimiyyət postmüharibə mərhələsində Zəngəzur dəhlizinin açılmasında necə qətiyyətli mövqe sərgiləyibsə, Laçının geri qaytarılmasına da bir o qədər diqqət göstərib. Məhz bu diqqətin, aparılan siyasətin məntiqi nəticəsidir ki, Laçın dəhlizinə alternativ marşrutun inşası uğurla tamamlandı. Üçtərəfli Bəyanatda bəhs olunan yolun inşası üçün 3 il vaxt nəzərdə tutulub. Əli Kərimlinin saxta iddialarının əksinə olaraq Laçının geri qaytarılmasını hamıdan çox istəyən Azərbaycan iqtidarı alternativ marşrutun inşasının cəmi bir il yarıma tamamlanmasına nail olub. Yolun inşası ilə paralel şəkildə, Azərbaycan iqtidarı Laçın şəhərində, Sus və Zabux kəndlərində qeyri-qanuni məskunlaşan ermənilərin oradan çıxardılmasına da qətiyyət göstərdi və buna nail oldu. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarılıb. Avqustun 26-da Müzəffər Ordumuz qeyd olunan yaşayış məntəqələrində yerləşdi və orada üçrəngli bayrağımız ucaldıldı. Bu, Azərbaycan iqtidarının hərbi-siyasi müstəvidə qazandığı böyük uğurdur. Xalqımız,  hər bir azərbaycanlı bundan böyük qürur duyur. Əli Kərimli isə böyük müjdəni qəm-qüssə ilə qarşılayıb. Sanki onun dəryada gəmiləri batıb. O, Laçının geri qaytarılması münasibətilə xalqa təbrik ünvanlamaq əvəzinə, yenə də heç bir əsası olmayan tənqidə güc verir.  Bu günlərdə Əli Kərimli monopoliyasında olan müxalifəti ona verilən yeni tezislərlə “hücuma” çıxardıb. Guya, Azərbaycan sənaye inkişafına görə MDB məkanında yer alan digər respublikalardan geri qalır. Gərək, obyektivlik hissini tamam itirəsən, bütünlüklə qərəz libasına bürünəsən ki, belə bir absurd tezisi dövriyyəyə buraxasan. Azərbaycanın sənaye inkişafı son illərdə beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumu özünün regional sənaye mərkəzini məhz Azərbaycanda yaratmaqla bağlı qərar verib. Belə olan halda Əli Kərimlinin dirijorluğu altında “müxalifət komandası”nın ölkəmizin sənaye inkişafına görə “məyus” qalması timsahın göz yaşları axıtmasına bənzəyir. Son statusunda başqa bir məqam isə qalib xalqa səslənməsi olub. Fikrincə, ortaya yeni bir mövzu qoyur... Tərs mütənasiblik! Yaxud bu halda Ə.Kərimli yaddaşını itirib desək, yanılmarıq. “Qarabağ münaqişəsinin bitmədi”yini israrla deyib də düşmənə mesaj çatdıran Əli Kərimli  necə oldu ki, birdən-birə dediyi sözləri unutdu və xalqın qalib olduğunu dərk etdi. Belə çıxır ki, ona ötürülən tezislərdə ya qarışıqlıq olub, ya da...

Bax, burada qeyri-ixtiyari olaraq yıxılan uşağın yerdən fındıq tapmasını xatırlayırsan. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30