Heydər Əliyev
yeni azerbaycan logo

Son şans

16.08.2022 [15:29]

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixi olmaqla bərabər, eyni zamanda, bu parlaq qələbə xalqımızın tarixində əbədi olaraq qalacaqdır. Bu haqq savaşında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən illərdən bəri düşmən əsarəti altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. İkinci Qarabağ müharibəsi ilə Azərbaycan öz gücünü, iradəsini göstərərək bütün dünyaya sübut etdi ki, biz böyük və qəhrəman bir xalqıq.

Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Ermənistan yaxşı anlamalıdır ki, bu reallıqları bütün dünya qəbul edib və Ermənistanın da bu reallıqları qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistan bunu nə qədər tez anlasa, qəbul etsə, bu onlar üçün daha yaxşı olar. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın ən güclü dövləti deyil, eyni zamanda dünya dövlətləri üçün  vacib bir tərəfdaşa çevrilmiş bir ölkədir.

Təəsüflər olsun ki, bu yaxınlarda Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata cəhd etdi. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atdı. Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum etdi. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Bu təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldı  və qarşı tərəfi ciddi cəzalandırdıq.Bu onlar üçün sonuncu dərs olmalıdır. Onlara bir daha sübut etdik ki, bizim gücümüz də yerindədir və biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Bu dəfəki  dərs onların yaddaşında qalacaq bir daha  buna oxşar təxribat təkrarlanarsa, Rəşadətli Azərbaycan ordusunun cavabı daha da sərt olacaqdır.

10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktı ilə Ermənistan məğlubiyyətini qəbul edib və münaqişənin başa çatması ilə bağlı üzərinə öhdəliklər götürüb. Bu Bəyanatdan sonra iki ölkə arasındakı münasibətlərin inkişafı post-münaqişə dövrünün qanunauyğunluqlarına müvafiq olaraq məhz Bəyanatda əks olunmuş tələblərin yerinə yetirilməsinə əsaslanır. Üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Azərbaycan  öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Ermənistanda bu öhdəliklərini tez bir zamanda yerinə yetirməli və Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin onun üçün son şans olması barədə ciddi düşünməlidir.

Bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və  heç bir statusdan söhbət gedə bilməz. Bu isə  Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Azərbaycan tərəfinin əzmi və qətiyyəti tezliklə İkinci Qarabağ müharibəsində cəmi 44 günə məğlub olan Ermənistanı heç bir nəticə vəd etməyən mənasız iddialardan çəkinməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcəkdir.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31