Cənuba və Şimala ödənişli yollarla...
09.08.2022 [11:10]
Mübariz ABDULLAYEV
Azərbaycanda da pullu yollar olacaq
Uğurlu siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycanın həyatında müxtəlif sahələrdə dünya təcrübəsinin tətbiqinə də geniş meydan verilir. Respublikamızda ayrı-ayı yolların istismarının ödənişli əsaslarla həyata keçirilməsi praktikasının tətbiqi ilə bağlı müzakirələrin aparılması və müvafiq qurumlar səviyyəsində hazırlıq işlərinin görülməsi buna daha bir nümunədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, hələlik iki istiqamətdə çəkilən yolların ödənişli əsaslarla istismar ediləcəyi gözlənilir.
Pullu yollar dünya praktikasında
Dünyada pullu yollardan istifadə təcrübəsinin tarixi XVII əsrə gedib çıxır. Belə bir praktikadan ilk dəfə Böyük Britaniyada istifadə olunub. Bəhs olunan dövrdə bu ölkədə ticarətin genişlənməsinə rəğmən, quru yollarının istismarına vəsait azlıq təşkil edirdi. Belə olan halda ölkənin parlamenti ticarətlə yolların inkişafının tarazlaşdırılmasını özündə ehtiva edən qanunu təsdiqlədi. Həmin qanuna əsasən, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində yolların idarəçiliyi ilə məşğul olan qurumlar yaradıldı, yolların saxlanılmasına kreditlər cəlb edən xüsusi “yol trastları” formalaşdı. XVIII əsrdə “yol trastları”nın cəlb etdiyi kreditlər pullu yollardan yığılan vəsaitlər hesabına bağlanırdı. Xüsusilə Böyük Britaniyada və Amerika Birləşmiş Ştatlarında (ABŞ) “yol trastları” nın genişlənməsi böyük vüsət almışdı. XIX əsrin əvvəllərində dəmiryolunun və su nəqliyyatının inkişafı pullu yolların şəbəkəsinin genişlənməsinin qarşısında əngələ çevrildi. Hətta hər iki ölkədə bir sıra “yol trastlar”ı kreditləri qaytara bilmədiklərinə görə müflis oldular. Ancaq 100 ildən sonra ABŞ-da, Avropada avtomobil sənayesinin inkişafında yeni era başladı və bununla da pullu yolların bağlanmış qapısı yenidən açıldı.
Hazırda dünyada ödənişli əsaslarla istismar olunan yolların şəbəkəsi kifayət qədər genişdir. Belə yollar ya özəl, ya da dövlət investisiyaları hesabına tikilir. Tikintiyə sərf olunan vəsaitlər və istismar xərcləri ödənişlərdən toplanan vəsaitlər hesabına qarşılanır. Dünya üzrə ən geniş ödənişli yollar şəbəkəsinə malik olan ölkələrdən biri ABŞ-dır. Burada təxminən 90 min kilometrlik federal yolların 10 min kilometri ödənişlidir. Tariflər isə 50 sentdən 15 dollara qədər dəyişir. Ödənişlər əsasən yolların körpü və tunel olan hissələri üzrə toplanır.
“A”, yoxsa “N” tərəfə gedək?
Azərbaycanın məşhur nağılında yolu azan balaca qəhrəmanlar “işıq gələn”, yaxud “it hürən” tərəflərə getmək seçimi ilə üz-üzə qalırlar. Hamıdan balaca Cırtdan ağıl işlədərək “işıq gələn” tərəfə getməyi məsləhət bilir. Avropada da sürücülər təxminən belə seçim qarşısında qalırlar - “A” tərəfə, yoxsa “N” tərəfə gedək. “A” tərəfdə yollar pulludur, əlini cibinə salmaq lazım gələcək. “N” tərəfdə isə yolla hərəkət ödənişsizdir. Qoca qitədə ödənişlər bir sıra hallarda keçilən məsafəyə, digər hallarda isə yolların üzəridəki körpülər, tunellər və digər belə infrastruktur olan hissələrə görə müəyyənləşdirilir. Tariflər müxtəlif ölkələrdə fərqlidir. İtaliyanı və Fransanı pullu yolların bahalığına görə “lider ölkələr” adlandırmaq mümkündür. Bu ölkələrdə pullu yolların ləzzətini dadmaq istəyən sürücülər büdcələrinə təsir edəcək qədər vəsait ödəmək məcburiyyətində qalırlar. Serbiyada cəmi iki pullu yol var. E70 şossesi ilə səyahət 20 hissəyə bölünür, bir kilometrin qiyməti 6,5 avroyadək arta bilər. E75 şossesi ilə səyahət bir neçə pullu hissədə həyata keçirilir, bir kilometri 2 ilə 3 avro arasında dəyişir. Makedoniyadanın pullu yollarında gediş haqqı 0,8 avrodan 1,5 avroya qədər dəyişir. İsveç və Danimarkada ödəniş yalnız körpülərdən keçmək üçün götürülür, qiymətlər avtomobilin növündən və ölçüsündən asılı olaraq 20-90 avro arasında müəyyənləşdirilib. İspaniya da pullu yollar şəbəkəsinə görə lider ölkələr sırasında yer alır. Bu ölkədə hər 100 kilometrə təxminən 10 avro ödəmək lazım gəlir. Çində də yolların ödənişli əsaslarla istismarı praktikası genişlənir. Bəzi hallarda bu ölkədə pullu yollara alternativ tapmaq mümkün olmur. Ödənişli yollardan istifadə üçün isə hər kilometr görə 8 sent ödəmək lazım gəlir.
Pullu yollardan pulsuz istifadə
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, ayrı-ayrı Avropa ölkələrində pullu yollardan pulsuz istifadə qaydaları da mövcuddur. Belə qaydalar, ilk növbədə, turizmin təşviqi məqsədilə nəzərdə tutulub. Turizm həvəskarları belə bir üstünlüyü sərhədə yaxın yerlərdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində və yaxud müəyyənləşdirilmiş digər yerlərdən “Vignettes” deyilən xüsusi vərəqələri əldə etməklə qazanırlar. Avtomobilin ön şüşəsinə yapışdırılan bu vərəqələr avtomobil sahibinə Avropanın müxtəlif ölkələrində müəyyən müddətdə pullu yollardan pulsuz istifadə etmək hüququ qazandırır.
Qardaş Türkiyədə
Türkiyə də pullu yolların geniş şəbəkəsinə malikdir. Bu ölkədə İstanbuldakı körpülərdən ödənişli əsaslarla istifadə qaydaları müəyyənləşdirilib. Tariflər körpülərin yerləşməsinə və avtomobillərin növünə görə dəyişir. Məsələn, Avrasiya tunelindən minik avtomobillərinin keçidi üçün 23,30, minbuslar üçün 34,90 lirə ödəmək lazım gəlir. Eləcə də Anadolu (Çamlıca)-Akıncı (Ankara), Seferihisar-Çeşme, İşıkkent-Aydın Batı, Adana Doğu Alın-Şanliurfa və digər yollarda sürücülərdən ödənişlər tələb olunur.
Postsovet məkanında ödənişli yollara ən tez keçid Rusiyada baş verib. Bu ölkədə 90-cı illərdən başlayaraq belə yollar dövlət tərəfindən inşa edilib, 2007-ci ildən sonra isə özəl bölmə də prosesə cəlb olunub. Hazırda Rusiyada 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yol ödənişlidir.
İki magistral ödənişli istismara hazırlanır
Azərbaycanda hələlik Cənuba və Şimala gedən yollarının ödənişli istismarı ilə bağlı müzakirələr aparılır. İstismarı ödənişli əsaslarla nəzərdə tutulan Bakı-Ələt-Astara-İran İslam Respublikasının dövlət sərhədi magistralı mövcud yola paralel çəkilib. Mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr olduğu halda, yeni magistralın ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət” və “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın “IRD Engineering”, Almaniyanın “Kocks Consult GmbH”, ABŞ-ın “TERA International Group” və Yaponiyanın “NİPPON KOEL UK Co” şirkətləridir. Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.
İstismarı ödənişli əsaslarla nəzərdə tutulan digər magistral isə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə alternativ çəkilən yeni avtomobil yoludur. H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək. Ümumilikdə sözügedən hissədə 8 qovşaq və yolötürücü körpünün, 16 hidravlik və kanal körpüsünün, kəndlərarası düzbucaqlı 2 yolaltı keçidin, 3 kiçik düzbucaqlı boru və 190 m uzunluğunda müxtəlif diametrlərdə dairəvi beton suötürücü boruların, həmçinin 2708 m uzunluğunda, 500 mm diametrdə dəmir boruların və digər beton qurğuların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft kəmərlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.
Pullu yolların “qızıl qaydaları”
Yolların istismarının ödənişli əsaslarla həyata keçirilməsi qaydaları, tariflər ölkələrdən asılı olaraq dəyişə bilər. Ancaq bu qaydaların dəyişməz bir fəlsəfəsi, “qızıl qaydası” da var. “Yeni Azərbaycan” a açıqlamasında bu qaydalara diqqət çəkən Vüqar Bayramov vurğulayıb ki, pullu yollara mütləq altenativ yollar da çəkilməlidir. Eyni zamanda, alternativ yolun keyfiyyəti ödənişli yolun keyfiyyət göstəricilərindən geri qalmamalıdır. Sadəcə, ödənişli yollarda məsafə qısa olur və sürət həddi daha yüksək müəyyənləşdirilir. Məsafənin qısalığı ödənişli yolların əsas üstünlüyü sayılır. Yəni pullu yollardan istifadə edənlər mənzil başına daha tez çatmaq imkanı qazanırlar. Lakin unutmaq olmaz ki, bəzi sürücülər üçün vaxt yox, pul daha önəmlidir. Buna gərə də sürücülərə seçim imkanları verilməlidir. Eləcə də ödənişli yollarda hərəkət zolaqlarının sayı artırılır. Məsələn, Avropa ölkələrində ödənişli yollarda minimum 3 hərəkət zolağı çəkilir. Millət vəkilinin bildi?diyinə görə, alternativ yollarda isə zolaqların sayı ilə bağlı standartlar yoxdur.
Vüqar Bayramov ödənişli yolların iqtisadi baxımdan da səmərəli olduğunu bildirib. “Ödənişli yollar inkişaf etmiş ölkələrin əksəriyyətində tətbiq olunur. Burada əsas məqsədlərdən biri nəqliyyat sektorunun inkişafına əlavə maliyyə mənbələrinin formalaşdırılmasıdır. Azərbaycanda hələlik yolların ödənişli istismarı praktikasıından istifadə olunmasa da, bunun tətbiq ediləcəyi gözlənilir. Dünya praktikasından da bəlli olduğu kimi, yığılan vəsaitlər, ilk növbədə, yolların saxlanma xərclərinin qarşılanmasına yönəldilir. Azərbaycanda yolların istismarında ödənişlərin tətbiqi nəqliyyat sektorunun maliyyələşmə imkanlarının artırılması nöqteyi-nəzərindən vacibdir. Ödənişlərin tətbiqi Azərbaycanın nəqliyyat sektorunun inkişafı üçün yeni mənbə formalaşdıra bilər”, - deyə Vüqar Bayramov vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39