Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 4-cü səfər...

4-cü səfər...

25.06.2022 [10:01]

Siyasi həmrəylik milli birliyimizin mühüm amilidir

Siyasi partiya nümayəndələrinin Zəngilan rayonuna səfəri  ilə bağlı təəssüratları

Pərviz SADAYOĞLU

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin dünən Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşıb. Səfər çərçivəsində iştirakçılar işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti, habelə Böyük Qayıdışın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə tanış olublar, habelə Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.

Səfər iştirakçıları Zəngilanda Həkəri çayına balıq buraxılmasında iştirak ediblər.

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması uğurla davam edir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu istiqamətdə geniş fəaliyyət aparır və bu fəaliyyət planlı şəkildə həyata keçirilir: “İşğaldan azad edilmiş ərazilərimizin həm də böyük iqtisadi potensialı var. Bu istiqamətdə də mühüm yeniliklər əldə olunub. Məsələn, Zəngilan rayonunda “Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemi qurulub və orada da ən müasir texnoloji yeniliklər tətbiq olunmaqdadır. Ümumiyyətlə, işğaldan azad edilmiş bölgələrdə aparılan işlər Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Bu gün yüksək inkişaf üçün yeni imkanlar yaranıb və Azərbaycan bunlara hazırdır. Azərbaycan dövlətinin regionda yaratdığı yeni iqtisadi-siyasi reallıqlar əməkdaşlığa, quruculuğa və inkişafa əsaslanır. İnanırıq ki, yaxın gələcəkdə ölkəmizin təşəbbüsü ilə reallaşan layihələr ümumilikdə bölgənin sürətli inkişafına öz töhfələrini verəcək”“.

Millət vəkili onu da qeyd edib ki, siyasi partiya rəhbərlərinin işğaldan azad edilmiş regionlara səfəri bilavasitə dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verilməsinin təzahürüdür. “Ölkədə aparılan iqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına müsbət təsir göstərib. Dövlətimizin inkişafı üçün bütün siyasi qüvvələrin birgə fəaliyyəti daha da genişləndirilməlidir. İqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə çıxması Azərbaycanın gələcəyi üçün yaxşı perspektivlər vəd edir. Ümid edirəm ki, dialoq prosesi ölkəmizin qarşısında dayanan mühüm vəzifələrin yerinə yetirilməsində əhəmiyyətli rol oynayacaq”, - deyə T.Kərimli əlavə edib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də səfərlə bağlı fikirlərini bölüşən zaman vurğulayıb ki, yeni mərhələdə regionlar yenidən dirçəldilir, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılır: “Böyük Qayıdış prosesinə start verilib. Həmin ərazilərdə mühüm infrastrukturlar yaradılmalıdır ki, yurd-yuvalarına qayıdacaq əhalinin hər hansı bir problemi olmasın. Bu, Ağalı kəndinin timsalında öz həllini tapıb. Bu kənd yüksək standartlar əsasında qurulub. İnanıram ki, qısa zaman kəsiyində işğaldan azad edilmiş digər rayonlarımızda da həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcəkdir. Azərbaycan qüdrətli dövlətdir və bu da imkan verir ki, həmin regionlar da Ağalı kəndi kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun”.

A.Əlizadə onu da vurğulayıb ki, ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin əksəriyyətinin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, Şuşa səfərinin ardından digər işğaldan azad edilmiş rayonlarımıza səfərlərin təşkili mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, bizlər siyasi həmrəyliyimizi möhkəmləndirməklə bütün problemləri həll edə bilərik. Bu məsələdə hər kəs aktiv olmalı və ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir”.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova da işğaldan azad edi?miş regionlarımıza siyasi partiya sədrlərinin 4-cü dəfə səfər etdiyini bildirib. Onun sözlərinə görə, bundan öncə Ağdama, Şuşaya səfərlər reallaşıb: “Ağdam səfərimiz zamanı erməni barbarlarının törətdiyi vəhşiliklərlə yaxından tanış olmuşduq. Zəngilana səfərimiz isə bir başqa xarakter daşıyır. Biz bu gün Azərbaycanın quruculuq dövrünün reallıqları ilə tanış oluruq. Bu abadlıq-quruculuq fəaliyyəti özünü Zəngilan rayonunun Ağalı kəndinin timsalında daha yüksək səviyyədə göstərir. Bu, bir daha onu göstərir ki, güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir.  Postmüharibə dövrü də bu gerçəkliyi ifadə etməkdədir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir”.

Partiya sədrinin fikrincə, bu kimi birgə səfərlər həm də siyasi partiyalar arasında dialoq mühitinin daha da dərinləşməsinə xidmət edir. Bu isə ölkəmizin gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. “Bu birlik, həmrəylik ölkəmizin apardığı uğurlu siyasətə güc qatır. Postmüharibə dövründə ölkəmizdə davam etdirilən siyasi dialoq sabitliyin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, bəzi qərəzli xarici qüvvələrin ölkə daxilində hər hansı bir siyasi qarşıdurma yaratmaq istəklərinin də üstündən xətt çəkmiş oldu. Biz hər bir məsələyə obyektiv, rasional düşüncə əsasında qiymət verilməsinin tərəfdarıyıq. Azərbaycan xalqı və dövləti böyük sınaqlardan keçib. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik. Döyüş meydanında qazandığımız qələbəni möhkəmləndirmək, milli hədəflərimizə doğru inamla addımlamaq üçün birliyimizi, həmrəyliyimizi qorumalıyıq. Fikrimcə, bu kimi səfərlər, dövlət strukturları ilə siyasi partiyalar arasında keçirilən görüşlər, məsləhətləşmələr ölkənin inkişafına müsbət təsirlər göstərir. Bu yolda bütün gücümüzlə dövlətimizin yanındayıq”, - deyə Ə.Kazımova əlavə edib.

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30