Şavkat Mirziyoyev tərəfindən Prezident İlham Əliyevin şərəfinə qəbul təşkil edilib YENİLƏNİB
22.06.2022 [16:37]
İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub.
Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Prezident Şavkat Mirziyoyev: Əvvəlcə, bu gün bizim sənətçilər dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qurur hissi keçirdim ki, qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi. Bu sənətçilər bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.
Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətçilər bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər.
Prezident İlham Əliyev: Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.
Şavkat Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.
Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.
Prezident Şavkat Mirziyoyev: İnşallah.
Prezident İlham Əliyev: Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik.
Prezident Şavkat Mirziyoyev: Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq.
Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.
Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konserti hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestri təşkil etdi və mən bunun üçün onun xidmətini qiymətləndirirəm. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Sonda xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
11 Avqust 14:53

Xəbər lenti
11 Avqust 14:45

İdman
11 Avqust 14:13

Xəbər lenti
11 Avqust 13:51

Xəbər lenti
11 Avqust 13:24

Xəbər lenti
11 Avqust 13:23

Xəbər lenti
11 Avqust 13:21

Xəbər lenti
11 Avqust 12:18

Xəbər lenti
11 Avqust 12:09

Xəbər lenti
11 Avqust 11:23

Xəbər lenti
11 Avqust 11:05

Xəbər lenti
11 Avqust 10:59

Dünya
11 Avqust 10:50

Ədəbiyyat
11 Avqust 10:41

Ədəbiyyat
11 Avqust 10:34

Sosial
11 Avqust 10:32

Siyasət
11 Avqust 10:30

Siyasət
11 Avqust 10:27

Analitik
11 Avqust 10:21

Xəbər lenti
11 Avqust 10:19

Sosial
11 Avqust 10:16

İqtisadiyyat
11 Avqust 10:14

Sosial
11 Avqust 10:11

Prezident bu gün
11 Avqust 10:09

MEDİA
11 Avqust 10:07

İqtisadiyyat
11 Avqust 10:05

Siyasət
11 Avqust 09:57

İdman
10 Avqust 19:54

Xəbər lenti
10 Avqust 19:52

Siyasət
10 Avqust 19:48

İdman
10 Avqust 19:29

İdman
10 Avqust 19:11

Xəbər lenti
10 Avqust 17:12

Xəbər lenti
10 Avqust 16:33

Xəbər lenti
10 Avqust 16:32

Xəbər lenti
10 Avqust 16:19

Dünya
10 Avqust 16:08

Xəbər lenti
10 Avqust 15:56

Xəbər lenti
10 Avqust 15:19

İdman
10 Avqust 15:00

Dünya
10 Avqust 14:46

İdman
10 Avqust 13:56

Xəbər lenti
10 Avqust 13:33

Xəbər lenti
10 Avqust 13:07

Dünya
10 Avqust 13:01

Xəbər lenti
10 Avqust 12:51

Xəbər lenti
10 Avqust 12:41

İdman
10 Avqust 12:11

Xəbər lenti
10 Avqust 11:30

Xəbər lenti
10 Avqust 11:23

Xəbər lenti
10 Avqust 11:15

Xəbər lenti
10 Avqust 11:11

Xəbər lenti
10 Avqust 11:06

Sosial
10 Avqust 10:51

MEDİA
10 Avqust 10:49

Xarici siyasət
10 Avqust 10:39

Xəbər lenti
10 Avqust 10:37

İqtisadiyyat
10 Avqust 10:29

Prezident bu gün
10 Avqust 10:25

Xəbər lenti
10 Avqust 10:21

Siyasət
10 Avqust 10:17

Siyasət
10 Avqust 10:13

Sosial
10 Avqust 10:11

Analitik
10 Avqust 10:04

İdman
10 Avqust 00:21

Gündəm
10 Avqust 00:15

Gündəm
10 Avqust 00:12

Gündəm
09 Avqust 22:24

Siyasət
09 Avqust 22:22

Xəbər lenti
09 Avqust 21:28
