Bolqarıstan siyahını uzadır...
22.06.2022 [10:07]
Bu ölkə Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb
Mübariz ABDULLAYEV
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi beynəlxalq miqyasda çoxsaylı fəsadlarla müşayiət olunmaqdadır. Müxtəlif məzmunlu təhdidlərlə üzləşən qlobal iqtisadiyyat yeni çağırışlar qarşısında qalıb. Tunelin sonunda isə işıq görünmür. Hər ötən gün təchizatçı, istehsalçı və istehlakçı şirkətlər qiymətlərin sıçrayışla artması, daşıma-çatdırma müqavilələrinin pozulması, satış bazarlarının məhdudlaşması kimi yeni-yeni çətinliklərlə üzləşirlər. Ayrı-ayrı ölkələrin enerji təchizatında yaranan problemlər isə daha ciddidir və təxirəsalınmaz tədbirlərin reallaşdırılması zərurətini ortaya qoyur.
Avropanın başı üstündə “Domokl qılıncı”
Müharibədə Ukraynanın tərəfində çıxış edən ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri Rusiyanın imkanlarını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər. Sanksiyaların böyük bir qismi Rusiyanın əsas ixrac məhsullarından sayılan və bu ölkənin gəlirlərinin formalaşmasında mühüm paya malik neftin istehlakının məhdudlaşdırılmasını özündə ehtiva edir. Əlbəttə, sanksiyalar Rusiyanın iqtisadiyyatında özünün izlərini buraxmaqdadır. İstehsal, o cümlədən də enerji daşıyıcılarının hasilatında azalmalar müşahidə edilir.
Bununla belə, Rusiyanın özü də ona qarşı sanksiyalar müharibəsinə başlayan ölkələri cəzalandırmaq üçün müxtəlif tədbirlərə əl atır. Ekspertlərin də bildirdikləri kimi, bu tədbirlər sırasında ən səmərəlisi “dost olmayan ölkələrə” satılan qazın dəyərinin rublla ödənilməsi tələbi oldu. Yeni qərar qüvvəyə mindikdən sonra enerji təhlükəsizliyi məsələsi, ələlxüsus da “mavi yanacaq” təchizatı Avropa ölkələrinin başı üstündən asılan “Domokl qılıncı”na bənzəyir. Avropanın qaz təchizatında böyük paya malik Rusiya özünün bu üstünlüyünü açıq-aşkar siyasi təzyiq vasitəsinə çevirib. Aydın məsələdir ki, istehlakçı ölkələrin bir çoxu Rusiyadan tədarük olunan qazın dəyərini rublla ödəmək imkanlarına malik deyillər. Digər bir çətinlik isə Rusiyanın ixraca yönəldilən qazın həcmini azaltması ilə bağlıdır. İyunun ortalarından etibarən Rusiya Avropaya qaz çatdırılan əsas kəmər - “Şimal Axını-1”lə “mavi yanacaq” nəqlini gündəlik 167 milyon kubmetrdən 67 milyon kubmetrə qədər azaldıb. Buna səbəb kimi, kəmərin nasos stansiyalarında “Siemens” şirkətinin istehsalı olan aqreqatların təmirdən sonra vaxtında çatdırılmaması göstərilsə də, siyasi məqsədlər ortadadır. Bunu Avropa ölkələrinin rəsmiləri də açıq şəkildə bəyan edirlər. Bütövlükdə, cari ilin əvvəlindən şimal qonşumuzun “Qazprom” şirkətinin uzaq xaricə qaz ixracı 27,6 faiz azalmaqla cəmi 61 milyard kubmetr həcmində olub. Rusiya Avropada itirdiyi istehlakçıları əvəzləməyi də bacarıb. Belə ki, bu ölkədən dünya nəhənglərindən sayılan Çinə qaz ixracı artıb.
Göründüyü kimi, sanksiyalara məruz qalan Rusiya ixrac marşrutunun istiqamətini dəyişməklə vəziyyətdən çıxmağa çalışır və buna müəyyən qədər nail olur. Öz növbəsində Avropa da yeni “mavi yanacaq” təchizatı mənbələri axtarışındadır. Qış başa çatsa da, növbəti mövsümə indidən hazırlaşmaq və hazırda ən azı yarıyadək boş olan anbarları doldurmaq lazımdır. Belə bir şəraitdə “mavi yanacaq” təchizatında ciddi çətinliklərlə üzləşən ayrı-ayrı ölkələrin nəzərləri indiyədək qlobal miqyasda özünü etibarlı tərəfdaş kimi təsdiqləyən Azərbaycana dikilib.
Bolqarıstana “mavi yanacaq” nəqlinə start verildi
Hazırda dünyada yeni mənbə sayılan və müasir, şaxələndirilmiş nəql marşrutuna malik olan Azərbaycan qazını almaq istəyən ölkələrin sayı çoxdur. Respublikamız qlobal “mavi yanacaq” bazarına 2021-ci ilin əvvəllərindən daxil olub. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ilin son günlərində istismara hazır vəziyyətə gətirildikdən sonra Azərbaycan qaz ixracı coğrafiyasını genişləndirməyə başlayıb. Cənub Qaz Dəhlizi zəngin “Şahdəniz” yatağından hasil olunan qazı Avropanın ayrı-ayrı ölkələrinə çatdırmaq imkanına malikdir.
Respublikamızdan qaz almaq istəyən ölkələrin siyahısı uzundur. Bu siyahıya hazırkı istehlakçılarla yanaşı, Almaniya, Niderland, Moldova, İsveçrə və Avstriya kimi ölkələr də daxildir. Azərbaycan qazının yeni müştərilərindən biri qismində isə Bolqarıstan çıxış edir. Artıq iyunun 19-dan etibarən “Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlanıb. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “Twitter” hesabında qeyd edib ki, artıq iyulun 1-dən Bolqarıstan tam həcmdə Azərbaycan qazı ala biləcək.
Bolqarıstanın baş naziri Kiril Petkov isə jurnalistlər üçün keçirdiyi brifinqdə bunu bəyan edib: “İyulda növbəti böyük qələbəmiz Yunanıstandan Azərbaycan qazının keçəcəyi qaz kəmərinin açılışı olacaq. Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”.
Qeyd edək ki, Bolqarıstan əvvəllər Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra bu ölkə alternativ mənbə kimi Azərbaycana üz tutub. Bolqarıstan Azərbaycan qazını daha böyük həcmdə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə almağı gözləyir. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir. Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB-nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə isə onun ötürücülük gücünü 5 milyard kubmetrə çatdırmaq mümkündür.
Azərbaycanın imkanları
Azərbaycan Avropanın tələbatını nəzərə alaraq “mavi yanacaq” ixracını artırmaq imkanlarına malik ölkədir. Ötən il respublikamızın ümumi “mavi yanacaq” ixracının həcmi 22 milyard kubmetr səviyyəsində olub. Cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatacağı gözlənilir. Perspektivdə isə ixrac həcmləri daha da artacaq. Hazırda “Şahdəniz” yatağının istismarı genişləndirilir. Paralel şəkildə, “Ümid”, “Babək”, “Abşeron” yataqlarının da istismara hazırlanması intensiv şəkildə davam etdirilir.
Ötən il Avropa Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” alıb. 2022-ci ildə bu həcmin 10 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Respublikamız cari ilin beş ayında hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetrini ixraca yönəldib. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən, hasilatın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur. Nazir əlavə edib ki, yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27 % çox olub. İxracın 48 %-i Avropanın, 38 %-i Türkiyənin, 14 %-i Gürcüstanın payına düşüb.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
24 Mart 13:34

Xəbər lenti
24 Mart 12:14

Xəbər lenti
24 Mart 12:11

Xəbər lenti
24 Mart 11:55

Xəbər lenti
24 Mart 10:59

Xəbər lenti
24 Mart 09:51

Siyasət
24 Mart 09:45

Xəbər lenti
23 Mart 21:20

Xəbər lenti
23 Mart 20:27

Xəbər lenti
23 Mart 18:37

Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47
