Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heydər Əliyev – Hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir

Heydər Əliyev – Hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir

21.06.2022 [11:56]

1993-cü il xalqımızın yaddaşına həlledici, böyük əhəmiyyət kəsb edən tarixi bir il kimi yazılıb. Azərbaycan xalqı uzun illər boyu həsrətində olduğu müstəqilliyini 1991-ci ilin 18 oktyabrında bərpa etsə də, qısa müddət ərzində müstəqilliyini itirmək təhlükəsi ilə üz – üzə qalmışdı. Əgər müstəqilliyimizin ilk günündən dünya siyasətinin nadir şəxsiyyətlərindən olan dahi Heydər Əliyev ölkəyə rəhbərlik etsəydi təbii ki, ölkə qanlı faciələr yaşamaz, ərazilərimizin 20 faizi işğala məruz qalmaz, dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşməzdik. Bir il yeddi ay ərzində hakimiyyətdə olan təsadüfi, heç bir idarəetmə təcrübəsi olmayan şəxslər ölkəni məhv olmaq, tarixin səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz – üzə qoyub qaçdılar. Müdrik xalqımız xilas yolunu ancaq və ancaq Ulu Öndərimiz Heydər Əliyevdə gördü və öz böyük xilaskarını təkidlə Azərbaycana dəvət etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər həyatını ciddi təhlükə altına qoyaraq 1993-cü ilin 9 iyununda Bakıya gəldi və Gəncə şəhərində davam edən qiyamın qarşısı alındı. Tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazılan 15 iyun günündə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyun ayının 24-də isə Prezident səlahiyyətlərini icra etməyə başladı. Qısa zaman kəsiyində Azərbaycanınn hüquqi, siyasi, iqtisadi müstəqilliyini təmin etmək üçün ciddi işlər gördü. İlk öncə ölkədə ictimai – siyasi sabitliyin bərpası üçün gərgin iş apararaq qeyri – qanuni silahlı dəstələri ləğv etdi. Ərazi bütövlüyümüzün bərpası və Ermənistanın hücumlarının qarşısını almaq üçün ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdi.

         Dahi Heydər Əliyev həmin dövrdə ən vacib məsələlərdən biri olan hüquqi dövlət  və vətəndaş cəmiyyəti quruculuğuna xüsusi önəm verirdi. Ona görə də qarşıya qoyduğu vəzifələrdən biri Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulması idi. Hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu məsələsini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər bu istiqamətdə vacib islahatların reallaşdırılmasını təmin etdi. Son dərəcə gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində cinayətkarlıq  və hüquq  pozuntularına qarşı ciddi mübarizə apardı. Bütün hüquq mühafizə orqanlarını cinayətkarlara, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə sərf etdi. Qanunun aliliyi prinsipinin real təmin olunması üçün müvafiq tədbirlərlər gördü. Ulu Öndər ölkədə tam ictimai – syasi sabitliyi bərqərar etməklə yanaşı, demokratik hüquqi dövlət quruculuğu prossesini də paralel olaraq həyata keçirdi.

Müdrik şəxsiyyət Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyamızı yaratmaqla gerçəkləşdirdi. Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni öz üzərinə götürən Heydər Əliyev bununla bağlı yaradılmış komissiyaya şəxsən rəhbərlik edirdi. Ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, qabaqcıl təcrübədən istifadə etməklə, bu sahədə problemləri öyrənməklə Müstəqil Respublikamızın ilk Milli Konstitutiyasını yaratdı.

Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan Konstitusiyamız 1995-ci ildə referendum yolu ilə qəbul olundu. Ulu Öndərimiz bu haqda belə demişdir: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasında xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq.”

Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan haqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarət prinsipləri öz əksini tapmışdır.

Ölkəmizdə ölüm hökmünün ləğv olunması insan hüquqları sahəsində atılan ən mühüm addımlardan biridir. Bu, Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi. Ulu Öndərimizin humanist siyasətinin nəticəsdir ki, əfv və amnistiya ilə məhkumların bağışlanması artıq bir ənənəyə çevrilmiş, demokratik, hüquqi dünyəvi dövlət yolunu seçmiş Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti formalaşmışdır.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasətin nəticədir ki, ölkəmizdə Qanunun aliliyi prinsipi böyük uğurla həyata keçirilir. Dahi Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində yaradılmış hüquq sisteminin bəhrələrini bu gün hər bir Azərbaycan vətəndaşı görür. Əminik ki, bundan sonra da Azərbaycanda hər kəsin firavanlığının təmin edilməsi üçün hüquqi müstəvidə bütün məsələlər öz müsbət həllini tapacaq və qanunların aliliyinə ən yüksək səviyyədə əməl olunacaqdır. Qədirbilən müdrik xalqımız Böyük Azərbaycanlı Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərini heç vaxt unutmayacaqdır!

 Anar Nəbiyev

 YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 306 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30