Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ÜST Azərbaycana meymunçiçəyi virusunu təsbit edən test göndərəcək

ÜST Azərbaycana meymunçiçəyi virusunu təsbit edən test göndərəcək

20.06.2022 [12:44]

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək".

Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O xatırladıb ki, bundan əvvəl də dünyada bu xəstəlik olub: "Afrikada onsuz da olub və Avropada da yeni yayılmağa başlayıb. Koronavirus qədər
narahatedici səviyyədə deyil. Fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox da narahat olmuruq. Lakin təbii ki, bunu da izləmək lazımdır".

ÜST rəsmisi bildirib ki, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib: "Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur".

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

06 Dekabr 10:20

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31