Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkün iki vuran qolu: Odlar Yurdu – Anadolu

Türkün iki vuran qolu: Odlar Yurdu – Anadolu

14.06.2022 [17:55]

Vətən müharibəsində tarixi Zəfərdən sonra Qarabağımızın tacı, Qafqazın incisi, mədəniyyət paytaxtımız, qürur, qeyrət qalamız Şuşa yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdədir. Burada keçirilən hər bir tədbir beynəlxalq aləmdə böyük əks-səda doğurur. Dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar belə tədbirlərin keçirilməsinə sevinir, qürur hissi keçirir, fərəhlənir. Bu cürə  möhtəşəm, heyrətamiz, əhəmiyyətli, yadda qalan tədbirlərlər dostlara sevinc bəxş edir, gözü götürməyənlərə, paxıllıq edənlərə, düşmənlərimizə isə göz dağı olur.

Möhtəşəm qələbədən keçən il yarımdan artıq müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Şuşada aparılan genişmiqyaslı yenidənqurma, bərpa – quruculuq işləri dünyanı heyrətləndirir. Qəlbi hər zaman doğma Azərbaycanımızla döyünən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız Cənab İlham Əliyevin Şuşa şəhəri işğaldan azad edildiyi gün Bakıda Şəhidlər Xiyabanında qürurla, fəxarətlə söylədiyi: “Əziz Şuşa sən azadsan!, Əziz Şuşa biz qayıtmışıq!, Əziz Şuşa biz səni dirçəldəcəyik!” sözləri qısa müddətdə öz təsdiqini tapdı. Möhtərəm prezidentimiz ailə üzvləri ilə birlikdə “Zəfər yolu” ilə dəfələrlə Şuşaya və işğaldan azad edilmiş digər ərazilərimizə səfərlər etdi. Bu səfərlər zamanı Prezidentimizin  çıxışlarını, söylədiyi fikirləri eşidən hər bir azərbaycanlı böyük qürur hissi keçirir, fərəhlənir, fəxr edir, Prezidentimizi özünün arxası, dayağı bilir.

Düşmən tapdağından azad edilmiş ərazilərimizdə, xüsusilə Şuşada yüksək səviyyədə təşkil edilmiş bu tədbirlər bir daha sübut edir ki, Şuşa Azərbaycanın zəngin türk mədəniyyətinə malik olan qədim yaşayış məskənidir, özündə milli adət və ənənələrimizi yaşadır və gələcək nəsillərə ötürür. Bir vaxtlar burada mənfur ermənilərin rəqs etmələri hər bir türkü hiddətləndirmiş, nifrətinə səbəb olmuşdu. Möhtərəm Prezidentimiz tarixi çıxışlarının birində Ermənistanın Baş Naziri Nikol Paşinyana səslənərək demişdir:
“Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status? Cəhənnəmə getdi status. Yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq!” Ali baş Komandanımız verdiyi hər bir sözün sahibidir və dediyi kimi də etdi. “Dəmir Yumuruq” öz gücünü göstərdi və erməni vəhşilərini birdəfəlik olaraq doğma torpaqlarımızdan iti qovan kimi qovdu.

Çətin gündə də,  xoş gündə də həmişə Azərbaycanın yanında olan qardaş Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanın yanında oldu. Türkiyə respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki: “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Hər hansı dövlət bu müharibəyə müdaxilə etsə, qarşısında Türkiyəni görəcək.” Bununla da bütün dünya sözündə bir, əməlində bir olan, haqqın, ədalətin, bərabərliyin, sülhün carçısı Türkiyə - Azərbaycan qardaşlığının, birliyinin  bir daha şahidi oldu.

Doğma Şuşamızda Vaqif Poeziya günlərinin, “Xarıbülbül” festivallarının, Dünya azərbaycanlılarının beşinci Qurultayının, Parlamentimizin komitə iclaslarının, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinin və digər tədbirlərin keçirilməsi  çox mətləblərdən xəbər verir.  Şuşada keçirilən tədbirlərin sırasında 2021-ci ilin 15 iyununda Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması əlamətdar bir gün kimi tarixə düşdü. Bu Bəyannamənin 15 iyun - Milli Qurtuluş Gününə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.

Tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi iki ölkə və onların xalqları arasındakı münasibətləri keyfiyyətcə yeni müstəviyə, müttəfiqlik müstəvisi səviyəsinə qaldırır və hər iki dövlətin maraq və mənafelərinə xidmət edir, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zərurililiyini ortaya qoyur. Ölkələrimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlər də Bəyannamədə öz əksini tapmışdır. Türkiyə və Azərbaycanın səmimi, mehriban, möhkəm dostluğu və qardaşlığı, həmrəyliyi, müttəfiqliyi beynəlxalq hüquq prinsipləri və normalarına tam uyğundur və bu dostluğu, qardaşlığı, müttəfiqliyi heç bir qüvvə sarsıda bilməz. Bəyannamədə eyni zamanda tərəflərin milli təhlükəsizlik məsələləri üzrə müntəzəm iclaslarının keçirilməsi, silahlı qüvvələrin müasir tələblərə uyğun olaraq formalaşdırılması, minalanmış ərazilərin təmizlənməsi istiqamətində birgə fəaliyyət göstərmələri, dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsi və bir sıra önəmli məsələlər də yer almışdır. Hər iki ölkənin milli maraqlarını və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava, kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirmək üçün əməkdaşlıq edilməsi də nəzərdə tutulmuşdur.  

 Tarixin ağır sınaqlarından çıxmış, əsrlər boyu möhkəmlənmiş, bərkimiş   Azərbaycan – Türkiyə birliyi, qardaşlığı əbədidir və sarsılmazdır! 15 iyun 2021-ci ildə imzalanmış Azərbaycan - Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması hər iki xalqın birliyini, qardaşlığını əks etdirən tarixi bir hadisədir.

                            

                             Önəmlidir Türkün rolu,

                             Başlayıbdır “Zəfər yolu”,

                             Türkün iki vuran qolu,

                             Odlar Yurdu – Anadolu,

                             O da ulu, bu da ulu,

                             Azərbaycan - Türkiyə!

   

    Anar Nəbiyev

    YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31