Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində çoxşaxəli əməkdaşlığa imkan yaradır

Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində çoxşaxəli əməkdaşlığa imkan yaradır

14.06.2022 [15:03]

Şuşa bəyannaməsi iki qardaş ölkənin,Azərbaycan və Türkiyənin müttəfiqliyinin əsasını təşkil edir.Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı Şuşa Bəyannaməsi siyasi,iqtisadi,təhlükəsizlik,nəqliyyat,enerji,müdafiə və hərbi-texniki sahələri əhatə edən müttəfiqlik müqaviləsidir.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa bəyannaməsinin imzalanması iki ölkə arasında əlaqələrdə mühüm tarixi hadisədir.Münasibətlər ən yüksək səviyyəyə,strateji müttəfiqlik səviyyəsinə çatıb.Bəyannamənin müddəaları Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü bir millət-iki dövlət ideyasına uyğundur.

Şuşa bəyannaməsinin həmdə regional təhlükəsizlik və inkişafa verəcəyi töhfələrin miqyasını görə bilərik.Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazanmış olduğu tarixi zəfərlə regionda yeni geosiyasi konfiqurisiya formaılaşdırdı.Qardaş Türkiyə dövlətinin Cənubi Qafqaz geosiyasətində həlledici aktora çevrilməsi yeni reallıqların əsas təzahürlərindən biridir.

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır.Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi olduqca böyük əhəmiyyətə malikdir.Müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi bir daha bunu sübut edir ki,bu əlaqələr iki ölkə arasında ümumi maraqlardan doğan,təbii zərurətdən irəli gələn yeni bir keyfiyyət mərhələsidir.

Elçin İsmayılov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30