Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Formula1: I gün nə ilə yadda qaldı?

Formula1: I gün nə ilə yadda qaldı?

10.06.2022 [22:54]

Yarışlar, qaliblər, qəzalar...

Müşfiqə BAYRAMLI

Ölkəmiz Formula1 yarışlarına altıncı dəfədir ki, ev sahibliyi edir və bu il yarış iki illik fasilədən sonra azarkeşləri tribunalarda qarşılayır. Belə ki, F1 üzrə dünya çempionatının 8-ci mərhələsi Azərbaycan Qran-Prisidir. Bakı Şəhər Halqasının (BŞH) nümayəndəsi Turab Teymurovun sözlərinə görə, ümumilikdə, bilet satışlarının 60 faizi məhz xarici ölkələrdən, 40 faizi isə yerli vətəndaşlar tərəfindən alınıb. 

Dünəndən Formula1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşləri rəsmi olaraq start götürüb.

Yarış həftəsinin ilk günü hesab olunan 10 iyun tarixində F1-in ilk sərbəst yürüşləri baş tutub.

Pilotlar trasa uyğunlaşmağa çalışıblar.

Formula1 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparıb və 22 yarışı əhatə edən mövsümdə hər komandanı 2 pilot təmsil edib.

Bundan başqa, pilotlar Bakıda avtoqraf sessiyasında iştirak ediblər.

Formula2 sərbəst yürüşünün qalibi...

Dünən Bakıda Formula2 üzrə Azərbaycan Qran-Qrisinə də start verilib.

45 dəqiqə davam edən sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar.

Yarışda ilk qəza anları yaşanıb

Belə ki, “MP Motorsport” komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı divara çırpılıb.

Həmçinin “Campos Racing” komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb.

25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib.

Nəticədə hər iki qəzada qırmızı bayraq qaldırılıb.

“Red Bull”un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

Şumaxer Bakıdakı ilk sərbəst yürüşü erkən başa vurub. Belə ki, “Haas” komandasında çıxış edən Mik Şumaxer uğursuzluqla üzləşib.

23 yaşlı pilotun bolidində maye sızması aşkarlanıb. Şumaxer bu səbəbdən test yürüşünü erkən dayandırmağa məcbur olub.

Eləcə də birinci sərbəst yürüşdə “Uilyams” pilotu Nikolas Latifinin bolidi sıradan çıxıb. 27 yaşlı sürücü avtomobilinin mühərrikində problem aşkarlandığı üçün test yürüşünə davam edə bilməyib.

Paylaş:
Baxılıb: 160 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31