Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heydər Əliyevin xilaskarlıq missiyası dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi

Heydər Əliyevin xilaskarlıq missiyası dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi

10.06.2022 [16:32]

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub.

   Məhz tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü də belə günlərdən olan, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olmaqla, onu dərindən dərk edənlər üçün çox vacib və əziz gündür. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun sözün əsil mənasında Azərbaycan xalqının məhv olmaqdan qurtulduğu tarixidir. 

    Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyində, inkişafında, gələcəyində müstəsna rol oynayan, daim xalqa arxalanan və xalqa arxa-dayaq olan dahi Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.

    Belə ki, 1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ağır günlərindən birini  yaşadığı, ölkənin həm daxildən, həm də xaricdən parçalanma təhlükəsi qarşısında olduğu bir zamanda Ulu Öndər öz xalqına sahib çıxdı.

      Həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız zəbt olunmuş, paytaxtda isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanırdı. Siyasi təşkilatlar özlərinə silahlı dəstələryaradır, ölkədə tam özbaşınalıq hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətinə salınmış, “meydan liderləri”nin yürütdüyü yanlış xarici siyasət Azərbaycanı dostsuz, müttəfiqsiz və arxasız qoymuşdur.        

    Qarabağ müharibəsində böyük itkilər,  iqtisadi tənəzzül, Dövlət rəhbərliyindəki çəkişmələr xalqın Azərbaycan hökumətinə inamını itirmişdi. İyunun 4-də Gəncə şəhərindəki ordu hissələrinin qiyamı o dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri almışdır.  Daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdır.

      Nəhayət özünün zəifliyini dərk edən Respublika rəhbərliyi xalqın təkidi və tələbi ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.   

       Belə ağır bir vəziyyətdə xalqın çağırışı ilə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev Bakıya qayıdaraq 1993-cü ilin iyun ayının 15-də Azərbaycana rəhbərliyi, əslində isə xilaskarlıq missiyasını öz üzərinə götürdü. 

       Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi  söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” məşhur kəlamına sadiq qaldığını sübut etdi. 

      Ümummilli liderimizin  həyata  keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi  və ulu öndər Heydər Əliyevin quruculuq missiyası, ictimai həyatın bütün sahələrini əhatə edən hərtərəfli islahatlar dövrü başladı. Eyni zamanda aparılan uğurlu xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, təminatlı dövlət hakimiyyətinin mövcudluğu dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda investisiya qoyulmasını şərtləndirdi. 

     Bu illər ərzində müstəqil dövlətimizin inkişafı yolunda maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması, sülh yaradılması istiqamətində ardıcıl səylər göstərilməklə yanaşı, genişmiqyaslı ordu quruculuğu işləri də aparıldı və dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradıldı.   

     Qısa müddət ərzində Azərbaycan köklü islahatlar aparılmaqla sürətlə inkişaf etdi və  regionun ən güclü-qüdrətli dövlətinə çevrildi.

  Əldə olunan yüksək inkişafın nəticəsidir ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə  milli qurtuluş ideologiyasının təntənəsi Müstəqil Respublikamızın davamlı inkişafında geniş şəkildə təcəssüm olunur, Azərbaycanın nüfuzu regionda və dünyada daha da artır.

    Ölkəmizin artan beynəlxalq nüfuzunun və bütün sahələrdə əldə olunan yüksək inkişaf və  nailiyyətlərin məntiqi nəticəsidir ki, güclü, qüdrətli Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ilə düşmənin layiqli cavabını verdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il müddətinə qurduğu bütün istehkamlarını və döyüş mövqelərini məhv edərək tarixi qələbəni əldə etdi və  Zəfər çaldı. 

      Ona görə də  çox böyük əhəmiyyətə malik , əlamətdar tarixi hadisə olan “Qurtuluş Günü”, heç vaxt unudulmayacaq böyük bayramdır və   xalqımızı  Zəfərə aparan yolun əsası kimi çox dəyərlidir.

  Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 220 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31