Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda ailə planlaşdırılması üzrə strateji proqram hazırlanır

Azərbaycanda ailə planlaşdırılması üzrə strateji proqram hazırlanır

10.06.2022 [16:29]

Ölkəmizdə məişət zorakılığının qarşısının alınması, gender bərabərliyi və uşaq hüquqlarının təmini ilə bağlı qanunvericilik aktları və strateji sənədlərin qəbul olunması bu sahədə zəruri addımlardandır. Ailə planlaşdırılması üzrə strateji proqramın hazırlanması və təsdiq edilməsi də mövcud istiqamətdə tədbirlərin gücləndirilməsinə töhfə verəcək".

"Report"un xəbərinə görə, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda təşkil edilən ictimai müzakirədə deyib.

Tədbirin açılış hissəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova da çıxış ediblər.

Ombudsman tədbirdə çıxışı zamanı dövlət ailə siyasətinin cəmiyyətdə ailənin mövqeyinin qorunması, ailə dəyərlərinin daha da möhkəmləndirilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə yönəldiyini qeyd edib.

S.Əliyeva ailə münasibətləri ilə əlaqədar hüquq pozuntularının qarşısının alınmasında məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi milli insan hüquqları təsisatlarının böyük rolu olduğunu bildirib. Bu baxımdan Ombudsman Aparatına əsasən məişət zorakılığı, alimentin ödənilməsi, valideynlərin uşaqlarla ünsiyyət hüququnun
təmin edilməsi ilə bağlı məhkəmə qərarlarının icrası, qəyyumluq və himayə məsələləri, erkən evlilik və digər hallarla əlaqədar müraciətlərin daxil olduğu və zəruri araşdırmalar aparılmaqla müvafiq tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Ombudsman qeyd edib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq, erkən evlilik halları ilə bağlı yayımlanan məlumatlar operativ qaydada araşdırılır və həmin məsələlərin həlli nəzarətdə saxlanılır. S.Əliyeva ailə institutu ilə bağlı əsas problemlərin həlli məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi ilə yanaşı, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və ictimai qınağın formalaşmasının da əhəmiyyətli olduğunu qeyd edib.

Aliment borcunun ödənilməsindən yayınma hallarının əsas şikayət obyekti olan hallar sırasında yer aldığını bildirən Ombudsman bununla bağlı illik məruzələrdə verilmiş təkliflər barədə danışıb. O, həmçinin aidiyyəti qurumlar tərəfindən sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkar edilməsi və zəruri tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq, yerli icra hakimiyyəti orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Paylaş:
Baxılıb: 386 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30