Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edib

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edib

10.06.2022 [14:11]

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Kəlbəcər rayon 20 saylı və Masazır qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 126 saylı tam orta məktəbləri üzrə yeni ərazi partiya təşkilatları təsis edib.

Təsis iclasında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Vurğulayıb ki, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Kəlbəcər rayon 20 saylı tam orta məktəbin direktoru Şəfi Murtuzayev, Kəlbəcər rayon 126 saylı tam orta məktəbin direktoru Sevda Bayramova və digər çıxış edənlər müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından söz açıblar.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.

Şəfi Murtuzayev Kəlbəcər rayon 20 saylı, Sevda Bayramova isə Kəlbəcər rayon 126 saylı tam orta məktəb ərazi partiya təşkilatlarına sədr seçiliblər.

Paylaş:
Baxılıb: 119 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31