Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən il 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 10 faizini təşkil edib

Ötən il 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 10 faizini təşkil edib

10.06.2022 [11:30]

Yüksək ballılar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6774 abituriyent 500-dən, o cümlədən 1861 abituriyent 600-dən yuxarı bal toplayıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunub.

Bildirilib ki, 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 34.39%-i (640 nəfəri) I qrupun, 10.53%-i (196 nəfəri) II qrupun, 33.15%-i (617 nəfəri) III qrupun, 21.92%-i (408 nəfəri) IV qrupun abituriyentləridir: "Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt və Bakı şəhərləri, Qubadlı, İsmayıllı və Şahbuz rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–16-sı imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb".

Vurğulanıb ki, ölkənin 3234 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib: "600 bal toplayan məzunlar bu məktəblərin yalnız 24.59%-nin təmsilçiləridir. Sayı 822 olan bu məktəblərin 81-i (9.85%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 26.28%-i onların məzunlarıdır. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Qəbələ rayonu Soltan Nuxa kənd tam orta məktəbi, Qubadlı rayonu Hal kənd, Masallı rayonu Sığıncaq kənd, Qubadlı rayonu Çaytumas kənd və Xızı rayonu 1 saylı tam orta məktəblərini göstərmək olar".

Paylaş:
Baxılıb: 160 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31