Dünya aclığa doğru...
10.06.2022 [10:55]
Zəif artımın, yüksək inflyasiyanın uzun sürən dövrü
M.ABDULLAYEV
Azərbaycan üçün ən uyğun yol
Son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz proseslər bütün dünyada fəsadlara yol açıb. Ötən iki ildə dünya çağırılmamış qonağın - yeni növ koronavirus pandemiyasının acı nəticələrini yaşadı. Sərt qapanmalar ayrı-ayrı ölkələrin iqtisadiyyatına ciddi ziyan vurdu, beynəlxalq miqyasda istehsal-təchizat-satış zəncirində qırılmalar yaratdı. Pandemiyanın gətirdiyi mənfi tendensiyalar dalğası səngiməmiş dünya Rusiya-Ukrayna müharibəsinə şahidlik etməyə başladı. Artıq hamı dərk edir ki, müharibənin təsir dairəsi yalnız iki dövlətin sərhədləri ilə məhdudlaşmır. Bu gün dağıdıcı müharibənin fəsadları dünyanın dörd bir tərəfində hiss olunmaqdadır. Müharibə davam etdikcə həyatımıza gələn çətinliklər də artır. O cümlədən qlobal ərzaq bazarı üçün təhdidlər artıb - tələbin təklifi üstələdiyi, ayrı-ayrı məhsulların təchizatında qıtlıq yarandığı hər ötən gün daha ciddi şəkildə hiss olunmaqdadır.
Dünya Bankı, BMT həyəcan təbili çalır
Dünya Bankı qlobal iqtisadiyyatdakı artıma dair proqnozunu yeniləyib. Qurum hesab edir ki, 2022-ci ildə qlobal artım əvvəllər proqnozlaşdırıldığı kimi, 4,1 faiz deyil, 2,9 faiz təşkil edəcək. Bank ekspertlərinin hazırladığı “Dünya iqisadiyyatının perspektivləri” adlı hesabata görə, cari ildə bir çox ölkələrdə iqtisadi artım deyil, əksinə, azalma qeydə alınacaq. Hesabata görə, dünya 2022-ci il üçün “zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrünə” daxil olur. Dünya Bankının prezidenti Devid Malpas hesabata yazdığı ön sözdə bildirib ki, staqflyasiya təhlükəsi bu gün kifayət qədər böyükdür: “Dünyanın əksər hissəsində zəif sərmayə qoyuluşu səbəbindən artan inflyasiya, ehtimal ki, on il ərzində davam edəcək. İndi bir çox ölkələrdə inflyasiyanın onilliklər ərzində ən yüksək həddə çatdığı və tədarük artımının yavaş olacağı gözlənildiyi fonda inflyasiyanın daha uzun müddətdə daha yüksək həddə qalması riski var”.
Qlobal təhdidlər inkişaf etmiş ölkələrin də iqtisadiyyatından yan ötməyib. Dünya Bankı hesab edir ki, qlobal artım inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması nəticəsində 2023 və 2024-cü illərdə 3 faizi ötməyəcək. Qurum ABŞ-da artımın ötən illə müqayisədə bu il zəifləyərək yalnız 2,5 faiz olacağını qeyd edib. Bankın proqnozuna görə, Avropada da keçənilki 5,4 faizlik artımla müqayisədə bu il cəmi 2,5 faiz artım baş verəcək. Çində isə bu il 4,3 faizlik artım gözlənilir ki, bu da keçənilki 8,1 faizlə müqayisədə daha aşağı göstəricidir.
Qlobal iqtisadiyyatda müşahidə edilən kiçilmə, o cümlədən də dünya üzrə iki əsas ərzaq məhsulları ixracatçılarından olan Rusiyanın və Ukraynanın müharibəyə cəlb olunmaları ərzaq bazarına təhdidləri artırıb. Ukraynada dağıtılar səbəbindən aqrar sektorun fəaliyyəti pozulub. Rusiyadan sanksiyalar səbəbindən xarici bazarlara məhsul ixracı məhdudlaşıb. Beləliklə də, qlobal ərzaq bazarında təklif və tələb arasında kəskin disbalans yaranıb. Bütün bu kimi amillər də ərzaq məhsullarının qiymətlərində öz əksini tapır. Ötən il qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri 28 % artıb, o cümlədən buğda 31,3%, qarğıdalı 44,1%, bitki yağları 65,8 %, şəkər 37,5% bahalaşıb. Rusiya-Ukrayna müharibəsi ərzaq məhsullarının qiymətlərinin artmasına yeni təkan verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) artıq bununla bağlı həyəcan təbili çalır. FAO ərzaq və yem qiymətlərinin yüksəlmiş baza səviyyələrindən daha 8-22% yuxarı qalxacağını proqnozlaşdırır.
Dünya Bankı qlobal iqtisadiyyat və ərzaq bazarı üçün təhdidlərin artması ilə bağlı həyəcan təbili çalan yeganə beynəlxalq qurum deyil. “Rusiyanın Ukraynaya hücumları davam etdikcə qlobal ərzaq təhlükəsizliyi üçün risklər artır”. Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) ?aş katibi Antonio Quttereş deyib.
O, Rusiya-Ukrayna müharibəsinin dünya üçün nəticələrinin daha da pisləşdiyini və 94 ölkədən 1,6 milyard insana təsir etdiyini bildirib. Quttereş müharibənin görünməmiş aclıq dalğasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. BMT-nin Baş katibi Ukrayna və Rusiya məsələsi ilə bağlı ərzaq sövdələşməsinə çağırış edib.
Rusiya-Ukryana müharibəsi kontekstində daha da aktuallaşan qlobal aclıq təhlükəsi Böyük Yeddilik (G7) ölkələrinin də diqqətindən kənarda qalmayıb. G7 ölkələrinin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa razılaşıblar.
Taxıl ajiotajı
Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq bazarına yaratdığı təhdidlər fonunda dünyada taxıl ajiotajı yaşanmaqdadır. Ekspertlər bunun dünya üzrə taxıl təchizatı zəncirinin pozulması, daşımaların çətinləşməsi, Ukrayna sahillərində Qara dəniz limanlarının fəaliyyətinin məhdudlaşması, ayrı-ayrı istehsalçı ölkələrin bahalanmanın daha pik həddə çatmasını gözləmələri, həmçinin özlərinin ərzaq ehtiyatlarını artırmaları kimi amillərlə bağlı olduğunu bildirirlər. Bu xüsusda fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “Artıq əksər ölkələr buğda ixracatını dayandırıblar. İldə 107 milyon ton buğda yetişdirən Hindistanda da ixracatın tənzimlənməsi ilə bağlı qərar qəbul olunub. Bir müddət öncə Qazaxıstan xaricə buğda satmayan ölkələr sırasına qoşuldu. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl isə 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3.5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı.
Göründüyü kimi, dünyada ikinci ən çox buğda yetişdirən və ixracda ilk onluqda olan 3 ölkə xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur”.
Millət vəkili əlavə edib ki, buğda qıtlığı ilə yanaşı, dünya bazarında taxılın qiymətlərində də artım davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan zaman 1 buşeli 287 dollara təklif edilən buğda hazırda 420 dollara satılır. Bu o deməkdir ki, savaş başladıqdan bəri dünya bazarında buğdanın qiyməti 47 faiz artıb.
Azərbaycan hansı tədbirləri görür?
Qeyd olunan qlobal gərginliklər Azərbaycan üçün də yeni çağırışlar yaradıb. Respublikamızda daxili bazarın qorunmasını hədəfləyən ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyevin 29 mart 2022-ci il tarixində imzaladığı müvafiq Fərmanda ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini hədəfləyən bir sıra müddəalar yer alıb. Həmin müddəalar ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizminin daha da optimallaşdırılması məqsədi daşıyır.
Eyni zamanda, Prezident İlham Əliyevin hökumətə verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Baş nazir Əli Əsədov “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarını imzalayıb. Sözügedən sənədlərə uyğun olaraq, ilk növbədə, ölkənin ərzaq ehtiyatları artırılır.
Yerli istehsalın qorunması da əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müəyyən məhsulların idxal prosedurları sadələşdirilib, eyni zamanda, ixracla məşğul olan sahibkarların da maraqları qorunur.
Çörək milli mətbəximizdə xüsusi yer tutur
Artan geosiyasi gərginliklər fonunda respublikamızda taxıl ehtiyatlarının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Ölkəmizin taxıl təminatı ilə bağlı fikirlərini bölüşən Vüqar Bayramov bildirib: “Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Əvvəllər Hindistan buğda idxal etdiyimiz ölkələr sırasında deyildi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur”.
Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycan buğda ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. “Hazırda bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb. Ancaq ixracata qadağalar Azərbaycanın buğda idxalına da təsir edib. Belə ki, bu ilin ilk 4 ayında Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib. 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalının həcmi 15,7% azalıb. Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar idisə, bu ilin sözügedən dövrü üçün 341,7 dollar olub. Bu isə idxal olunan buğdanın qiymətin 34,2 % artması deməkdir”, - deyə Vüqar Bayramov vurğulayıb.
Ən uyğun yol daxili istehsalın artırılmasıdır
İndiyədək Azərbaycan bir sıra pozisiyalar üzrə daxili istehlakın bütünlüklə yerli istehsal hesabına qarşılanmasına nail olub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qarşıya qoyulan hədəf isə siyahını genişləndirmək və ərzaq məhsulları ilə özünütəminat səviyyəsini yüksəltməkdir. Artan təhdidlər fonunda ərzaq ehtiyatlarının artırılmasının prioritetliyini diqqətə çatdıran Vüqar Bayramov vurğulayıb: “Təbii ki, ən uyğun yol idxaldan asıl?lığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
11 Avqust 15:48

Xəbər lenti
11 Avqust 15:26

Xəbər lenti
11 Avqust 14:53

Xəbər lenti
11 Avqust 14:45

İdman
11 Avqust 14:13

Xəbər lenti
11 Avqust 13:51

Xəbər lenti
11 Avqust 13:24

Xəbər lenti
11 Avqust 13:23

Xəbər lenti
11 Avqust 13:21

Xəbər lenti
11 Avqust 12:18

Xəbər lenti
11 Avqust 12:09

Xəbər lenti
11 Avqust 11:23

Xəbər lenti
11 Avqust 11:05

Xəbər lenti
11 Avqust 10:59

Dünya
11 Avqust 10:50

Ədəbiyyat
11 Avqust 10:41

Ədəbiyyat
11 Avqust 10:34

Sosial
11 Avqust 10:32

Siyasət
11 Avqust 10:30

Siyasət
11 Avqust 10:27

Analitik
11 Avqust 10:21

Xəbər lenti
11 Avqust 10:19

Sosial
11 Avqust 10:16

İqtisadiyyat
11 Avqust 10:14

Sosial
11 Avqust 10:11

Prezident bu gün
11 Avqust 10:09

MEDİA
11 Avqust 10:07

İqtisadiyyat
11 Avqust 10:05

Siyasət
11 Avqust 09:57

İdman
10 Avqust 19:54

Xəbər lenti
10 Avqust 19:52

Siyasət
10 Avqust 19:48

İdman
10 Avqust 19:29

İdman
10 Avqust 19:11

Xəbər lenti
10 Avqust 17:12

Xəbər lenti
10 Avqust 16:33

Xəbər lenti
10 Avqust 16:32

Xəbər lenti
10 Avqust 16:19

Dünya
10 Avqust 16:08

Xəbər lenti
10 Avqust 15:56

Xəbər lenti
10 Avqust 15:19

İdman
10 Avqust 15:00

Dünya
10 Avqust 14:46

İdman
10 Avqust 13:56

Xəbər lenti
10 Avqust 13:33

Xəbər lenti
10 Avqust 13:07

Dünya
10 Avqust 13:01

Xəbər lenti
10 Avqust 12:51

Xəbər lenti
10 Avqust 12:41

İdman
10 Avqust 12:11

Xəbər lenti
10 Avqust 11:30

Xəbər lenti
10 Avqust 11:23

Xəbər lenti
10 Avqust 11:15

Xəbər lenti
10 Avqust 11:11

Xəbər lenti
10 Avqust 11:06

Sosial
10 Avqust 10:51

MEDİA
10 Avqust 10:49

Xarici siyasət
10 Avqust 10:39

Xəbər lenti
10 Avqust 10:37

İqtisadiyyat
10 Avqust 10:29

Prezident bu gün
10 Avqust 10:25

Xəbər lenti
10 Avqust 10:21

Siyasət
10 Avqust 10:17

Siyasət
10 Avqust 10:13

Sosial
10 Avqust 10:11

Analitik
10 Avqust 10:04

İdman
10 Avqust 00:21

Gündəm
10 Avqust 00:15

Gündəm
10 Avqust 00:12

Gündəm
09 Avqust 22:24
