Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarix sahəsində təhsil alanlar üçün yeni nəşr...

Tarix sahəsində təhsil alanlar üçün yeni nəşr...

10.06.2022 [10:10]

Nardar BAYRAMLI

Azərbaycanda elm və təhsilin inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə görülən vacib işlərdən biri də elmi-tarixi əsərlərin yazılması, dərsliklərin hazırlanmasıdır. Bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) nəşr etdirdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabı da ali məktəblərin tarix  və siyasi elmlər ixtisaslarında təhsil alan tələbələr üçün ciddi bir mənbə olacaq.

Kitabın təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən bu kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib. Rektor vurğulayıb ki, ötən əsrin 90-cı illərində əldə edilən dövlət müstəqilliyi hər birimiz üçün ən böyük sərvətdir. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Azərbaycan Respublikası 30 ildir ki, əbədi və dönməz müstəqilliyə qovuşub. Azərbaycan dövləti xüsusilə müstəqilliyin ilk illərində kifayət qədər çətin və keşməkeşli mərhələlərdən keçərək, sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoyub, iri regional layihələrin təşəbbüskarına, əsas icraçısına çevrilib. İqtisadiyyatın sürətli inkişaf tempi, uğurlu daxili və xarici siyasət, beynəlxalq səviyyədə qazanılan nüfuzu ilə paralel olaraq ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsi və bütün bunların məntiqi nəticəsi olaraq Vətən müharibəsində qazanılan inamlı qələbə ilə ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etməsi Azərbaycanı regionun və dünyanın nüfuzlu dövlətləri ilə bir sıraya qoyub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük məharətlə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində bu gün regionda lider dövlətə çevrilən ölkəmiz dünya miqyasında söz sahibi olan dövlətlərlə birgə beynəlxalq sülh və təhlükəsizlik məsələlərində əsas rol oynayan etibarlı tərəfdaş mövqeyinə yüksəlib”.

E.Babayev bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş Heydər Əliyevin müstəqilliyimizin əsas memarı olduğunu qeyd edib: “Ulu Öndər hər zaman tariximizin obyektiv, etibarlı mənbələr əsasında, ciddi tarixşünaslar tərəfindən yazılmasını vacib hesab edirdi. Müdrik siyasətçi bu istiqamətdə elm və təhsil ictimaiyyətinin qarşısında mühüm vəzifələr qoyub, prioritet hədəflər müəyyənləşdirmişdi. Ümid edirik ki, iki cilddə nəşr olunan “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabı həmin vəzifələrin yerinə yetirilməsinə böyük töhfələr verəcək. Kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir. Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan bu kitab tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu - müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. Xoşbəxtik ki, BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır”.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə yeni kitabların təqdimatını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, müasir Azərbaycanın tarixi vətəndaşların, xüsusən gənclərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bir ildən bir qədər çoxdur ki, Azərbaycan tarixi Qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. Bütün bunların kitabda yer alması, gənclərin bunları öyrənməsi vacibdir. Kitabın müəllifi professor Musa Qasımlının Azərbaycanın son 30 illik tarixinin şahidi və iştirakçısı olması çox önəmlidir. Bu, hadisələrin düzgün sistemli işıqlandırılmasına imkan yaradıb. Kitabın gənclərin vətənpərvərlik ruhunda formalaşmasında böyük rolu olacaq.

Tədbirdə digər çıxış edənlər də kitabın həm bu gün, həm də sabah üçün əhəmiyyətli olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, kitabda XX əsrin sonlarında Azərbaycanın müstəqillik və dövlətçilik mübarizəsi hərtərəfli əksini tapıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 159 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31