Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cenevrə Konvensiyasına görə...

Cenevrə Konvensiyasına görə...

10.06.2022 [10:08]

Azərbaycanlıların da olduğu Ukrayna gəmiləri üçün humanitar dəhliz yaradılmalıdır

N.TUNAR

Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə Azərbaycandan olan insanlar da var. Bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams bildirib.  Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında göyərtəsində 450-yə yaxın matros olan təxminən 80 gəmi mühasirədədir. Göyərtədəki insanların üçdə biri Filippindəndir. Orada Azərbaycan və  Türkiyədən də çoxlu sayda insan var. Ukraynanın Xarici İşlər Nazirliyi isə bildirib ki, bu ölkənin taxılını dəniz yolu ilə ixrac etməsi üçün Rusiya donanmasını regiondan çıxarmalı və limana, eləcə də kommersiya karvanına hücum etməyəcəyi haqqında təhlükəsizliyə təminat verməlidir.

Bəs gəmilərdəki insanların taleyi necə olacaq? Bu barədə qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, bütün müharibələrdə maksimum dərəcədə mülki insanların itkilərə məruz qalmamasına çalışmaq lazımdır. Onun sözlərinə görə, bununla bağlı Cenevrə Konvensiyası mövcuddur: “Bu konvensiyanı bir çox ölkələr, o cümlədən Rusiya imzalayıb. Yaxşı olar ki, heç zaman müharibələr baş verməsin. Amma baş verərsə, müharibə aparan ölkələr müharibə qanunlarına əməl etməlidirlər. Ukraynadakı vəziyyətə gəlincə, düşünürəm ki, belə situasiyalarda humanitar dəhliz yaradılmalıdır. Müharibə edən dövlətlər imkan yaratmalıdır ki, digər ölkələrin gəmiləri,  vətəndaşları  o ərazilərdən çıxsın. Yəni, mülki insanların hamısına bu şərait yaradılmalıdır, ilk növbədə isə, üçüncü ölkənin vətəndaşlarına bu imkan tanınmalıdır. Həm Rusiya, həm də Ukrayna bu məsələyə diqqətlə yanaşmalıdır, çünki beynəlxalq hüquqi öhdəlikdir”.

Ekspertin fikrincə, mühasirədə olan insanların xilas edilməsi həm də mənəvi məsələdir: “Çünki humanist addımların atılması o ölkələrin dünyada nüfuzuna təsir edəcək amillərdən biridir. Müharibə edən ölkələrin hədəfi heç də mülki əhali, işçilər, xarici vətəndaşlar olmamalıdır. 44 günlük Vətən müharibəsində Azərbaycan bunun nümunəsini göstərdi. Biz dəfələrlə erməni terroruna, soyqırımına məruz qalsaq da, mülki erməni əhalisi üçün heç bir problem yaratmadıq. Ordumuz mülki hədəfləri yox, hərbi hədəfləri vurdu. Amma erməni hərbi birləşmələri  Gəncəni, Tərtəri, Bərdəni və digər yaşayış məntəqələrini hədəfə aldılar, günahsız insanları öldürdülər. Mülki insanların hədəfə alınması hərbi cinayətdir.  Ona görə də, müharibə şəraiti olsa belə, ölkələr insanlığa xidmət edən addımlar atmalıdırlar”.

Paylaş:
Baxılıb: 185 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31