Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ-ın Azərbaycandakı səfiri 907-ci düzəlişdən danışıb

ABŞ-ın Azərbaycandakı səfiri 907-ci düzəlişdən danışıb

09.06.2022 [12:19]

“ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb. Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger keçirdiyi brifinqdə bildirib.

Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: “Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı - hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük - şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”.

Li Litzenbergerin sözlərinə görə, ABŞ Azərbaycana monitorinq-skan sistemləri verib, Azərbaycanda sərhədçilərə və gömrük əməkdaşlarına təlimlər keçib ki, bu, əsasən, qaçaqmalçılıqla mübarizə sahəsinə aiddir.

Diplomat deyib ki, verilən bu dəstək nəticəsində əhəmiyyətli nəticələr əldə olunub: “Biz eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda təhlükəsizliklə bağlı dəstək vermişik. Bu, Xəzərdə Azərbaycanın enerji resursları ilə bağlı infrastrukturunun qorunmasına kömək edir. Bildiyiniz kimi, Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya nəql olunur, bu ölkənin enerji resurslarının şaxələndirilməsində əhəmiyyətli rol oynayır”.

Paylaş:
Baxılıb: 157 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31