Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / `Cənubi Qafqazın birincisi...

`Cənubi Qafqazın birincisi...

09.06.2022 [10:10]

 “Yaşıl kart” alın, bütün dünyanı gəzin

Mübariz ABDULLAYEV

Bu günlərdə Azərbaycanın ünvanına daha bir xoş xəbər gəlib. Ölkəmizi təmsil edən İcbari Sığorta Bürosu (İSB) beynəlxalq “Yaşıl Kart” sistemi ilə bağlı növbəti uğura imza atıb - qurum 10 illik sınaq müddəti bitmədən 5 il ərzində beynəlxalq “Yaşıl Kart” sisteminin Bürolar Şurasının tamhüquqlu üzvü seçilib. Qeyd edək ki, İSB milli “Yaşıl Kart” bürosunun funksiyalarını həyata keçirir. Büro əlaqələndiricisi və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə beynəlxalq “Yaşıl Kart” sığorta sistemində Azərbaycanı təmsil edir. İcbari Sığorta Bürosu yeni uğura imza atmaqla, keçici üzv olan milli bürolardan tələb edilən təminatın 5 000 000 AZN məbləğinin ölkəmizə geri qaytarılmasına nail olub.

Dünyada “Yaşıl Kart” sistemi

“Yaşıl Kart” sistemi 1949-cu ildə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) tövsiyəsi əsasında təsis edilib. Onun tətbiqinə isə 1 yanvar 1953-cü il tarixindən start verilib. Beynəlxalq “Yaşıl Kart” sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən, “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda “Yaşıl Kart” sisteminə Avropa, Asiya və Afrikadan olan 48 ölkə daxildir. Bürolar Şurasının mənzil-qərargahı 2006-cı ildən Belçikanın paytaxtı Brüssel şəhərinə köçürülüb.

Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyinə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlər üçün sistemə üzv olan milli büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi - “Yaşıl kart” təşkil edilir. Nəticə etibarilə, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan “Yaşıl kart” əldə etməsi onların bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur. “Yaşıl kart” sahibi olan sürücü səfər etdiyi hər bir xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azaddır.

Azərbaycana olan inam

Azərbaycanda beynəlxalq “Yaşıl Kart” sisteminə üzvlüklə bağlı məsələnin müzakirələrinə 2005-ci ildən başlanıb. Lakin müxtəlif obyektiv və subyektiv səbəblər üzündən bunun gerçəkləşməsi uzun illər ərzində mümkün olmayıb. Nəhayət, 28 noyabr 2014-cü il tarixində “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə vəziyyət köklü surətdə dəyişdi və ölkəmizin beynəlxalq “Yaşıl Kart” sığorta sisteminə tam hüquqlu üzv olmasının hüquqi əsası yarandı. Maliyyə Nazirliyinin və İcbari Sığorta Bürosunun uğurlu beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan 2015-ci il mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının Növbəti Baş Assambleyasında “Yaşıl Kart” beynəlxalq sığorta sisteminə qəbul olundu və 1 yanvar 2016-cı il tarixdən onun tamhüquqlu üzvü kimi fəaliyyətə başladı. Azərbaycan MDB məkanında bu quruma üzv olan ilk ölkələrdən biri, Cənubi Qafqazda isə birinci oldu.

Xatırladaq ki, Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir. İSB-nun fəaliyyətinin dəyərləndirilməsi nəticəsində keçici üzvlük statusu vaxtından əvvəl ləğv edilib və Azərbaycanın İcbari Sığorta Bürosu beynəlxalq Bürolar Şurasının həqiqi üzvü seçilib. Bu barədə qərar Serbiyanın Belqrad şəhərində 2-3 iyun 2022-ci il tarixində keçirilmiş Bürolar Şurasının 56-cı Assambleyasında qəbul edilib.

Azərbaycanın İcbari Sığorta Bürosunun icraçı direktoru tədbirdə çıxış edərək 48 ölkə təmsilçilərinə qərarı dəstəklədikləri üçün təşəkkürünü bildirib, Türkiyə Yaşıl Kart Bürosu ilə birlikdə həyata keçirilən inteqrasiya barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb. Azərbaycanın beynəlxalq “Yaşıl Kart” sisteminə keçici hüquqlu üzvlük dövrünü bitirmədən tamhüquqlu status alması ölkəmizə olan yüksək hörmət və inamın ifadəsidir. Respublikamızın regionda beynəlxalq logistika mərkəzinə çevrildiyi bir dövrdə belə bir nəticənin əldə olunması xüsusi önəm daşıyır.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin sahibləri beynəlxalq “Yaşıl Kart” sisteminin tətbiq edildiyi xarici ölkələrə gedərkən, ölkə ərazisini tərk etməzdən öncə “Yaşıl Kart” sığorta müqaviləsini bağlamalıdırlar. Onlar bu məqsədlə icbari sığorta üzrə fəaliyyətə səlahiyyəti olan istənilən sığortaçını seçə bilərlər. “Yaşıl Kart” müqaviləsi yalnız sahibinin mülki məsuliyyəti  qanunvericiliyə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitələrinə münasibətdə rəsmiləşdirilə bilər. Bu müqavilələr üzrə sığorta haqlarının sığortalı tərəfindən nağd və nağdsız qaydada ödənilməsi mümkündür.

Paylaş:
Baxılıb: 218 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31