Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bayden: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır"

Bayden: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır"

01.06.2022 [12:14]

“Biz Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili ərzində transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin təmin olunması, habelə ikitərəfli ticarət və sərmayələrin təşviqi üzrə güclü tərəfdaşa çevrilmişik. Beynəlxalq Xəzər Neft və Qaz sərgisini keçirdiyiniz bir vaxtda Sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır”.

APA xəbər verir ki, bu, ABŞ Prezidenti Cozef Baydenin 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında oxunan məktubunda əksini tapıb.

“Biz dünyanın hər yerində enerji təhlükəsizliyimizi təmin etmək və eyni zamanda, təmiz enerjiyə keçid üçün uzunmüddətli öhdəliklərimizi yerinə yetirmək məqsədilə zəruri sərmayələr qoymaq və dəyişikliklər etmək şəraitindəyik. Enerji təhlükəsizliyi məqsədlərimizə nail olmaq üçün şaxələndirmə həmişəkindən daha vacibdir və Azərbaycan bu məqsədə nail olmaq üçün göstərilən regional səylərdə mühüm rol oynayıb. Azərbaycan, həmçinin regionda və dünyada bazarların sabitləşdirilməsinə kömək etmək üçün Trans-Xəzər əməkdaşlığının böyük potensialının gerçəkləşdirilməsi baxımından önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizi və Ukraynaya vacib yanacaq təchizatı da daxil olmaqla Avropa enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır.

Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə sərmayələr vasitəsilə iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfə, qanunun aliliyi və hesabatlılığın gücləndirilməsi, habelə Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşdırılması da daxil olmaqla Azərbaycanın tam potensialına nail olmaq üçün atdığınız davamlı addımları alqışlayıram. Birləşmiş Ştatlar davamlı tərəfdaşlığımıza və əməkdaşlığımıza sadiqdir”, - məktubda qeyd olunub.

Paylaş:
Baxılıb: 179 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31